Məhkəmə qərarları › İş №8(012)-226/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-226/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-226/2024 15.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarından tələbkar «X1 Azərbaycan» QSC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-653/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu kreditor “X1 Azərbaycan” QSC-nin xeyrinə 415,55 manat əsas, 40,37 manat faiz, 65,74 manat cərimə borcu, 3,80 manat komisyon, bildirişlərin göndərilməsinə görə 5,50 manat, 21 manat dövlət rüsumu olmaqla cəmi 550,96 manat məbləğində borc tutulması əmr edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Tələbkar «X1 Azərbaycan» QSC həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-653/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə kreditor “X1 Azərbaycan” QSC-nin iddia tələbi təmin olunaraq Borclu cəmi 550,96 manat məbləğində borcun müştərək qaydada tutularaq banka ödənilməsi əmr edilmişdir. Qeyd edir ki, icra vərəqəsinin icraya yönəldilməsinə baxmayaraq borclu icra vərəqəsi üzrə cəmi 120 manat ödəniş etmişdir. Borclu barəsində məcburi icra tədbirlərinin görülməsi üçün Maraqlı şəxsnə müraciət olunmuşdur. İcra şöbəsindən xx.xx.2024cü il tarixdə banka rəsmi məlumat verilərək bildirilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-653/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanı ilə təsdiqlənmiş vətəndaşlar siyahısına güzəşt kateqoriyasına aid edildiyindən icra məmuru Nicat Ramazani tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsi qərara alınmışdır. Bildirilir ki, Borclu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanı ilə təsdiqlənmiş vətəndaşlar siyahısına güzəşt kateqoriyasına aid edilməmişdir. Lakin icra məmuru qanunsuz olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanına əsaslanaraq icra sənədinin icraatına xitam vermişdir. Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarını xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul etmişdirlər. Odur ki, şikayət ərizəsinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o, 2012-ci ildə mağaza müdiri olmuşdur, həmin vaxt tələbkar «X1 Azərbaycan» QSC tərəfindən ona və digər mağaza işçilərinə kart paylamışdırlar. 2015-ci ildə «X1 Azərbaycan» QSC banka olan borcu restrukturizasiya edilmişdir. Odur ki, o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından tələbkar «X1 Azərbaycan» QSC tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-653/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu kreditor “X1 Azərbaycan” QSC-nin xeyrinə 415,55 manat əsas, 40,37 manat faiz, 65,74 manat cərimə borcu, 3,80 manat komisyon, bildirişlərin göndərilməsinə görə 5,50 manat, 21 manat dövlət rüsumu olmaqla cəmi 550,96 manat məbləğində borc tutulması əmr edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsinə baxmayaraq borclu icra vərəqəsi üzrə cəmi 120 manat ödəniş etmişdir. Bu səbəbdən tələbkar «X1 Azərbaycan» QSC tərəfindən Borclu barəsində məcburi icra tədbirlərinin görülməsi üçün Maraqlı şəxsnə müraciət olunmuş, icra şöbəsindən xx.xx.2024-cü il tarixdə banka rəsmi məlumat verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-653/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanı ilə təsdiqlənmiş vətəndaşlar siyahısına güzəşt kateqoriyasına aid edildiyindən icra məmuru Nicat Ramazani tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsi qərara alındığı bildirilmişdir. Borclu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanı ilə təsdiqlənmiş vətəndaşlar siyahısına güzəşt kateqoriyasına aid edilməmişdir. Lakin icra məmuru qanunsuz olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanına əsaslanaraq icra sənədinin icraatına xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2019cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-653/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-653/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar