Məhkəmə qərarları › İş №8(012)-227/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-227/2022

18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-227/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-304/2022 saylı, 02.02.2022-ci il tarixli icra sənədinə əsasən, 23.08.2021-ci il tarixdən başlayaraq 27.07.2009-cu il təvəllüdlü X2 və 12.03.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-304/2022 saylı, 02.02.2022-ci il tarixli icra sənədinə əsasən, 23.08.2021-ci il tarixdən başlayaraq 27.07.2009-cu il təvəllüdlü X2 və 12.03.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi 03.02.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu hazırki günədək aliment üzrə vaxtı-vaxtında ödənişlər etməmiş və nəticədə borclunun 2000 manatdan artıq aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-304/2022 saylı, 02.02.2022-ci il tarixli icra sənədi könüllü icra olunmadığından və şəxsi kartoçkadan Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar