Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-229/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-53/2021 saylı, 01.02.2021-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəçi "xxxx" KB ASC-nin nümayəndəsi X2 ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 2(004)-1014/2020 saylı, 16.03.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 3030 manat pul vəsaitinin tutularaq X1 ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-53/2021 saylı, 01.02.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilmiş, Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0250 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Ərizəçi "xxxx" KB ASC-nin nümayəndəsi X3 ərizəylə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən, 0,025 ha torpaq sahəsi üzərindən həbsin götürülməsinə göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi "xxxx" KB ASC-nin nümayəndəsi X3 ərizəsini onunla əsaslandırdı ki, "xxxx" KB ASC ilə Borclu arasında kredit mübahisəsinə dair iş üzrə Borclu borcun tutulması və əmlaka yönəldilməsi məhkəmə qərarı ilə qət olunmuşdur. Abşeron rayonu, Masazır kəndində yerləşən, 0,025 ha torpaq sahəsi üzərində 8(012)-53/2021 saylı Abşeron Rayon Məhkəməsinin həbs qərardadı vardır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti "xxxx" KB ASC-yə məlumat vermişdir. Həmçinin 2(012)-800/2018 saylı Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə Abşeron rayonu, Masazır kəndində yerləşən, 0,025 ha torpaq sahəsinin hərracda satılması və borclunun borclarının ödənilməsi qət edilmiş, qanuni qüvvəsini almış qətnamə üzrə 17.12.2021-ci il tarixli hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC sözügedən əmlakı hərrac vasitəsilə almışdır. Əmlak üzərində hər hansısa bir məhkəmə mübahisəsi qalmaması və mülkiyyətçinin hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə yaranması səbəbilə Abşeron rayonu, Masazır kəndində yerləşən, 0,025 ha torpaq sahəsi üzərindən həbsin götürülməsinə göstəriş verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Bakı Hərrac Mərkəzi” tərəfindən verilmiş 17.12.2021-ci il tarixli, 576/2021 saylı hərracın yekunları barədə protokoldan görünür ki, "xxxx" KB ASC Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0250 ha həyətyanı torpaq sahəsini hərrac vasitəsilə almışdır. Məhkəmə ərizəçi bankın nümayəndəsini dinləyib, ərizəni və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, "xxxx" KB ASC Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0250 ha həyətyanı torpaq sahəsini hərrac vasitəsilə aldığından Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0250 ha həyətyanı torpaq sahəsinin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmış olur və həmin torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi "xxxx" KB ASC-nin nümayəndəsi X2 ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-53/2021 saylı, 01.02.2021-ci il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0250 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-229/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-229/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver