Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-230/2025 11.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X9 ilə X11 arasında Sumqayıt “ASAN Xidmət” X8 31 may 2021-ci il tarixdə bağlanmış 1148 saylı nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşağın nikah pozulduqdan sonra X4 (ananın) yanında saxlanılması, X5 X4 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Maraqlı şəxs icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. X2 həmin qərardan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3150/2024 saylı qətnaməsinin alimentin ödənilməsi hissəsində (xx.xx.2024-cü il tarixdən başlayaraq) icrası ilə əlaqədar olan Maraqlı şəxs icra məmuru X3 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv olunması və icra işinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X7 ona qarşı olan nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt ASAN Xidmət X8 xx.xx.2021-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş xx.xx.2022-ci il təvəllüdlü X12 onun yanında saxlanılmış və uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək X5 onun xeyrinə olaraq xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Alimentin ödənilməsi ilə əlaqədar qətnamə Maraqlı şəxsnə daxil olduqdan sonra borclu Amin Mehdiyev onu aldadaraq, yəni alimenti könüllü olaraq ödəyəcəyinə inandıraraq icra şöbəsinə aparıb ərizə yazdırmışdır. Lakin borclu X11 hazıradək heç bir ödəniş etməmişdir, halbuki borclunun 1800 manat aliment borcu vardır. Borclu kifayət qədər maddi imkanı olmasına baxmayaraq aliment borcunu qərəzli olaraq ödəməkdən imtina edir. Yaxın günlərdə ona məlum olmuşdur ki, icra məmuru Qəribağa Mirhəşimov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla icra işinə xitam verilmişdir. Qərarda qeyd olunmuşdur ki, icra sənədində qeyd olunan tələb borclu X11 tərəfindən tam şəkildə ödənilmişdir. Qərar “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsi ilə əsaslandırılmışdır. Belə hesab edir ki, adı çəkilən qərar tam qanunsuz və əsassızdır. Belə ki, borclu Amin Mehdiyev tərəfindən ona heç bir aliment ödənilməmişdir. Halbuki qərarda qeyd olunmuşdur ki, guya icra sənədində qeyd olunan tələb borclu X11 tərəfindən tam şəkildə ödənilmişdir. Belə olan halda hesab edir ki, həmin qərar ləğv edilməli və aliment borcu tam ödənilməklə aliment ödənişi davam etməlidir. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. X1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək, X1 aldadıldığı üçün icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə verdiyini, daha sonra Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarını aldıqları vaxtdan 10 gün ərzində məhkəməyə şikayət verdiklərini bildirdi və göstərilənlərə əsasən o, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X9 tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X9 ilə X11 arasında Sumqayıt “ASAN Xidmət” X8 31 may 2021-ci il tarixdə bağlanmış 1148 saylı nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşağın nikah pozulduqdan sonra X4 (ananın) yanında saxlanılması, X5 X4 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş, əsas kimi icra sənədində qeyd olunan tələbin borclu X11 tərəfindən tam şəkildə təmin olunduğu və bunun X1 şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsi ilə təsdiq edildiyi göstərilmişdir. Alimentin ödənilməsi ilə əlaqədar qətnamə Maraqlı şəxsnə daxil olduqdan sonra borclu Amin Mehdiyev tələbkar Fərqanə Mehdiyevaya alimenti könüllü olaraq ödəyəcəyini vəd etsə də borclu hazıradək heç bir ödəniş etməmiş və aliment borcunu qərəzli olaraq ödəməkdən imtina etmişdir. İcra məmuru qanunsuz olaraq icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğu və bunun X1 şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsi ilə təsdiq edildiyini əsas gətirərək icra sənədinin icraatına xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3150/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3150/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-230/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-230/2025
11.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver