Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-231/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi , Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq 23 fevral 2016-cı il təvəllüdlü X2 və 28 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli məhkəməyə təqdimatla müraciət edərək, Borclu (xx.xx.1985 təvəllüdlü, Bakı şəhəri) adına ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli torpaq sahəsi üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli məhkəməyə təqdimata düzəliş barədə ərizə göndərərək, Borclu (xx.xx.1985 təvəllüdlü, Bakı şəhəri) adına ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq 23 fevral 2016-cı il təvəllüdlü X2 və 28 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Borclun adma əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə alimenti ödəmir və aliment borcu vardır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-231/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-231/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver