Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-233/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Maraqlı şəxs icra məmuru X4 iştirakı ilə, X3 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru icra məmuru xanım X4 Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,80 manat pulun icra məmuru xanım X4 təzminat qaydasında onun xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinə əsasən 400 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən 128,80 manat borcludur. Hər iki məhkəmə aktının icrası Maraqlı şəxs icra məmuru xanım X5 həvalə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin icraya yönləndirilməsindən 4 (dörd) ildən çox vaxt keçməsinə baxmayaraq icra məmuru borcun cəmi 100 (yüz) manatını alaraq ona verə bilmişdir. Hazırki dövrdə Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 750/2020 saylı qətnaməsi üzrə 300 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)- 236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı üzrə 128,80 manat borcludur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının hazırki dövrədək icra edilməməsinin səbəbini icra məmuru xanım X1 görür. Bundan başqa, işin icraatı ilə bağlı icra məmuru xanım X5 müraciət etmək mümkün deyil. Belə ki, icra məmuru xanım X5 müraciət edib işlə bağlı nəsə soruşduqda əsassız hay-küy yaradır, şər-böhtanlı hərəkətlərlə onun müraciətini məhdudlaşdırmağa çalışır. İcra məmuru xanım X5 dəfələrlə rəsmi qaydada müraciət etməyinə baxmayaraq, o borcluya qarşı qanunla müəyyən olunmuş icra tədbirlərini tətbiq etməmişdir, tətbiq olunmuş icra tədbirlərinin gücləndirilməsi üçün tədbir görməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ümumi həcmi cəmi 400 (dörd yüz) manatdan ibarət olan 4 (dörd) ildən çox müddətdir icra olunmayan Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində icra məmurunun hərəkətsizliyi müəyyən olunduğu halda süründürməçiliyə və dəymiş ziyana görə İcra Haqqında Azərbaycan Respublikası qanununun 87.4-cü maddəsinə istinad etməklə icra məmurundan təzminat tələb edə bilər. Qeyd edilənlərə əsasən, o, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X7 izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinə əsasən 400 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən 128,80 manat pulun cavabdeh Borclu tutularaq X10 ödənilməsi qərara alınmışdır. İcra sənədi Maraqlı şəxs icraatına xx.xx.2023-cü ildə daxil olmuşdur. Sonradan həmin iş digər icra məmurunun icraatına verilmişdir. Müxtəlif vaxtlarda borclu icra şöbəsinə gəlmədiyindən, xx.xx.2024-cü il tarixində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Lakin borclunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğu məlum olmuşdur. Hal-hazırda borclu məhkumdur və cəzaçəkmə müəssisəsindədir. Bundan əlavə bildirir ki, borclunun adına heç bir daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Odur ki, bütün icra hərəkətləri qanunidir. Bu səbəbdən o, X6 şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlməmişlər, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Borclu 380 manat məbləğində pulun və ödənilmiş 20 manat rüsumunun alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, X3 Abşeron Rayon Məhkəməsinin 2(012)- 750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə borcun indeksləşdirməklə tutulması barədə ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə Borclu tərəfindən ödənilməli olan 400 manat məbləğində pulun 2023-cü ilin fevral ayına indeksləşdirməklə 128,80 manat pulun Borclu tutularaq X11 ödənilməsi qərara alınmışdır. -Maraqlı şəxs xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmişdir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclunun yerinin məlum olmadığından, Borclu barəsində axtarış elan edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu mülkiyyətində daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(006)-34/2024 saylı hökmü ilə Borclu barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ittihamedici hökm çıxarılmışdır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinə əsasən 400 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən 128,80 manat pulun Borclu tutularaq X11 ödənilməsi qərara alınmışdır. Şikayət ərizəsində qeyd edilmişdir ki, hər iki məhkəmə aktının icrası Maraqlı şəxs icra məmuru xanım X5 həvalə edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin icraya yönləndirilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq icra məmuru borcun cəmi 100 manatını alaraq ona verə bilmişdir. İcra məmuru xanım X5 dəfələrlə rəsmi qaydada müraciət etməyinə baxmayaraq, o borcluya qarşı qanunla müəyyən olunmuş icra tədbirlərini tətbiq etməmişdir, tətbiq olunmuş icra tədbirlərinin gücləndirilməsi üçün tədbir görməmişdir. Bu səbəbdən X6 şikayət ilə məhkəməyə müraciət edərək, icra məmuru icra məmuru X2 icra sənədlərinin icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,80 manat pulun icra məmuru xanım X4 təzminat qaydasında onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmədə iş materialları və icra işinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinə əsasən 400 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən 128,80 manat pulun Borclu tutularaq X11 ödənilməsi qərara alınmış, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişə əsasən, icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclunun yerinin məlum olmadığından, Borclu barəsində axtarış elan edilmiş və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışa əsasən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(006)-34/2024 saylı hökmü ilə Borclu barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ittihamedici hökm çıxarılmışdır. İş materiallarından da göründüyü kimi sözügedən icra sənədlərinin icrasının təmin etmək məqsədilə borclu barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və sonradan borclu barəsində ittihamedici hökm çıxarıldığı məlum olmuşdur. Eyni zamanda borclunun əmlak vəziyyəti araşdırılmış onun adına hər hansı əmlak aşkar edilməmişdir. Göründüyü kimi icra məmuru icra haqqında qanuna müafiq olaraq icra hərəkətlərini ardıcıl olaraq yerinə yetirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmuru X4 icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas yoxdur və ona görə də, ona təzminat ödənilməsi də əsassız hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və ona təzminat ödənilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-233/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-233/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver