Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-235/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X4 və onun vəkili-nümayəndəsi Nümayəndə, X2 və onun vəkili X12 iştirakı ilə, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayanlar xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 cavabdeh X7 alınaraq iddiaçı X10 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları X9 yanında qalmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2933/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2(012)-1791/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X8 apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2933/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarına əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icrası mümkün olmaması səbəbi ilə geri qaytarılması qərara alınmışdır. X4 Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, şikayətinin təmin olunması, Maraqlı şəxs icra məmuru X18 xx.xx.2023-cü il tarixli qanun, əsassız qərarının ləğv edilərək icra vərəqəsini icra edilməsi üçün yenidən qaytarılmasına dair qərardad çıxarılmasını, eyni zamanda İcra Məmurları haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələblərini pozan icra məmuru haqqında xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. X4 məhkəmə iclasında şikayəti onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədovun sədriyi ilə) onun cavabdeh X11 qarşı iddia tələbi təmin edilmiş, yetkinlik yaşına çatmayanlar xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 cavabdeh X7 alınaraq ona verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 onun yanında qalmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən cavabdehin apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən cavbadehin kassasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə icra vərəqəsi Maraqlı şəxs icra məmuru X18 icraatına daxil olmuş, uzun müddət ərzində icra olunmamış, icra hərəkətləri yerinə yetirilərkən psixoloqun, məktəbin müəlliminin iştirakı təmin olunmamış, süründürməçiliyə yol verilmişdir. Dəfələrlə möhtərəm Prezidentə ,l-ci Vitse-Prezidentinə, Milli Məclsinin Deputatlarına yazdığı şikayətlərin heç bir real nəticəsi olmamışdır. Azyaşlı uşaqlar məktəbdən yayındırılmış, təhsil almaq üçün heç bir tədbir görülməmişdir. Nəhayət, Maraqlı şəxs icra məmuru X18 xx.xx.2023-cü il tarixli qanun, əsassız qərarı ilə xx.xx.2022-ci il tarixdə icra vərəqəsi xx.xx.2022ci il tarixdə icra sənədinin icrası mümkün olmaması səbəbi ilə geriyə qaytarılmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ünvanda olan zaman uşaqlar Məryəm və Əlizamanla icra məmuru tərəfindən söhbətlər aparılsa da guya analarına-ona getmək istəmədiklərini bildirmişlər. Bu ağ yalandır, icra məmurunun uydurmasıdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun tələbinə görə belə halda uşaqlar ilə icra məmuru deyil, psixoloq və məktəb müəlliminin iştirakı ilə söhbət etməlidir. İndi nənələri uşaqlara psixoloji təzyiq göstərdiyindən doğma analarını qəbul etmirlər kimi qeyd olunması qanuni, əsaslı və məntiqli görünmür. İcra haqqında Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra Məmurları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa onlaı dan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentın məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir. Həmin Qanunun 9-cu maddəsinə əsasən icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Həmin Qanunun 23.1.2-ci maddəsinə əsasən, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallaı da axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə, həmin Qanunun 23.1.5-cü maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda, həmin Qanunun 23.2-cü maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Azərbaycan Respublikası Konstitusiyasının məhkəmə qərarları və onların icrası məsələlərini tənzimləyən 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən, “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir”. “Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Azərbaycan Respublikası MPM-nin 15.1, 15.2 və 15.3-cü maddələrinə əsasən, “Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir”, “Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarla ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır”. “Məhkəmə aktlarının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) əsasən, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Bu mövqedən çıxış edən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Hornsby Yunanıstana” qarşı məhkəmə işində belə qənaətə gəlmişdir ki,razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi 6-cı maddənin məqsədləri çərçivəsində “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsini təşkil etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı», «Tarıverdiyev Azərbaycana qarşı» və s. məhkəmə işlərindəki qərarlarında da eyni mövqedən çıxış edib. Beləliklə, əgər məhkəmə qərarı hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Göründüyü kimi,Maraqlı şəxs icra məmuru X18 xx.xx.2023-cü il tarixli qanun,əsassız qərarında 23.1.2-23.1.5-ci maddələrində nəzrədə tutulan halların heç biri yoxdur.İcra məmuru qanunla üzərinə qoyulmuş vəzifəsini lazımca yerinə yetir mir. Süründürməçiliklə məşğul olur. Süründürməçilik korrupsiya cinayəti hesab olnur.Bu səbəbdən onun haqqında xüsusi qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, ərizəçi şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. X1 vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəçinin izahatına uyğun izahat verdi. X15 məhkəmə iclasında izahatında bildirdi ki, uşaqlar analarının yanına getmək istəmirlər. Paşayeva Günay onu məhkəməyə, polisə verməsəydi, o, Günayı anasından alıb evinə gətirəcəkdi. O, dəfələrlə Günaya uşaqları ilə birlikdə yaşamaqlarını təklif etsə də, Günayın anası buna icazə verməmişdir. X8 və onun vəkili X5 Paşayevanın göstərdikləri xüsuatı təstiqləyərək,icra sənədinin yenidən icraya qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayanlar xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 cavabdeh X7 alınaraq iddiaçı X10 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları X9 yanında qalmaları qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2933/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2(012)-1791/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X8 apellyasiya şikayəti təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2933/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə sübutlatın tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi Maraqlı şəxs icra məmuru X18 icraatına daxil olmuş, uzun müddət ərzində icra olunmamış, qətnamənin icrası ilə bağlı icra hərəkətləri aparılarkən uşaqların əsl istəklərinin müəyyən edilməsi məqsədi ilə dindirilərkən psixoloqun, məktəb müəllimin iştirakı təmin olunmadığı halda Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarına əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icrası mümkün olmaması səbəbi ilə geri qaytarılması qərara alınmışdır. -“İcra Məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa onlaı dan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentın məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir. -“İcra Məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. -“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. -“İcra” haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. -“İcra” haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Azərbaycan Respublikası Konstitusiyasının məhkəmə qərarları və onların icrası məsələlərini tənzimləyən 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən, “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir”. “Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Azərbaycan Respublikası MPM-nin 15.1, 15.2 və 15.3-cü maddələrinə əsasən, “Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir”, “Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarla ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır”. “Məhkəmə aktlarının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) əsasən, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Bu mövqedən çıxış edən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Hornsby Yunanıstana” qarşı məhkəmə işində belə qənaətə gəlmişdir ki,razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi 6-cı maddənin məqsədləri çərçivəsində “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsini təşkil etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı», «Tarıverdiyev Azərbaycana qarşı» və s. məhkəmə işlərindəki qərarlarında da eyni mövqedən çıxış edib. Beləliklə, əgər məhkəmə qərarı hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Odur ki, yuxarı göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1791/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-235/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-235/2023
03.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver