Məhkəmə qərarları › İş №8(012)-236/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-236/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-236/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər X1 və Borclu müştərək qaydada 21000 manat məbləğində dəymiş maddi ziyan, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 110 manat məbləğində xidmət haqqı və 200 manat məbləğində ödənilmiş servis haqqı olmaqla, cəmi 21710 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər X1 və Borclu müştərək qaydada 21000 manat məbləğində dəymiş maddi ziyan, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 110 manat məbləğində xidmət haqqı və 200 manat məbləğində ödənilmiş servis haqqı olmaqla, cəmi 21710 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2024-ci il tarixdə icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq Abşeron rayon İcra və probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru, borclu və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında ola: -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər X1 və Borclu müştərək qaydada 21000 manat məbləğində dəymiş maddi ziyan, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 110 manat məbləğində xidmət haqqı və 200 manat məbləğində ödənilmiş servis haqqı olmaqla, cəmi 21710 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmiş, lakin üzrsüz səbəbdən o, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və icra sənədini icra etməkdən yayınmışdır. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun borclunun məcburi gətirilməsi haqqında məlumat göndərməsinə baxmayaraq, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1990-cı il tarixdə ünvan 1ində anadan olmuş, ünvan 2i ünvanında qeydiyyatda olan və yaşayan borclu Əliyev X2 rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar