Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-237/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron rayon İcra və X1 Rayon İcra və Probasiya Şöbəsinin 18.03.2022-ci il tarixli qərarından Tələbkar MMC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-5452 saylı, 15.11.2019-cu il tarixli icra qeydinə əsasən, Borclu ********** nömrəli müaviləyə əsasən vaxtında ödənilməmiş 59,75 manat və 20 manat məbləğində dövlət rüsumu olmaqla, 79,75 manat pulun Tələbkar MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 18.03.2022-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi borclunun 03.11.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. Tələbkar MMC Abşeron rayon İcra və X1 Rayon İcra və Probasiya Şöbəsinin 18.03.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Tələbkar MMC-nin nəfinə Borclu ********** saylı telefon nömrəsindən istifadə nəticəsində yaranmış borcun tutulmasına dair 8İ-5452 saylı, 15.11.2019-cu il tarixli icra qeydi çıxarılaraq icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 18.03.2022-ci il tarixində “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi borclunun 03.11.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. Hesab edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş qərar əsassızdır və “İcraata xitam verilməsi haqqında” qərar ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə əgər məlikəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icraata xitam verilir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsində qeyd olunur ki, əgər tələb vərəsəyə keçə bilməzsə icra sənədinin icraatına xitam verilməlidir. Lakin icra məmuru borclunun ölümündən təxmini 4 ay sonra, vərəsənin müəyyən edilməsi ilə bağlı qanunvericliklə müəyyən edilən müddətin başa çatmasını, həmçinin məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçib-keçməməsini müəyyən etməyərək icra sənədinin icraatına xitam vermişdir. Həmçinin qeyd etmək istərdi ki, 8İ-5452 saylı, 15.11.2019cu il tarixli icra qeydi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına 03.12.2019-cu il tarixində daxil olmuş, borclu isə icra qeydi çıxarıldıqdan 1 il 4 ay sonra vəfat etmiş, lakin həmin müddət ərzində Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası təmin edilməmiş və yalnız borclu vəfat etdikdən sonra icra sənədinə əsassız olaraq xitam verilmişdir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-5452 saylı, 15.11.2019-cu il tarixli icra qeydinə əsasən, Borclu ********** nömrəli müaviləyə əsasən vaxtında ödənilməmiş 59,75 manat və 20 manat məbləğində dövlət rüsumu olmaqla, 79,75 manat pulun Tələbkar MMC-nin xeyrinə tutulması qərara alınmış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 18.03.2022-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi borclunun 03.11.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə əgər məlikəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icraata xitam verilir. Lakin icra məmuru borclunun ölümündən təxmini 4 ay sonra, vərəsənin müəyyən edilməsi ilə bağlı qanunvericliklə müəyyən edilən müddətin başa çatmasını, həmçinin məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçib-keçməməsini müəyyən etməyərək icra sənədinin icraatına xitam vermişdir. Həmçinin Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-5452 saylı, 15.11.2019-cu il tarixli icra qeydi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına 03.12.2019-cu il tarixində daxil olmuş, borclu isə icra qeydi çıxarıldıqdan 1 il 4 ay sonra vəfat etmiş, lakin həmin müddət ərzində Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası təmin edilməmiş və yalnız borclu vəfat etdikdən sonra icra sənədinə əsassız olaraq xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron rayon İcra və X1 Rayon İcra və Probasiya Şöbəsinin 18.03.2022-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-5452 saylı, 15.11.2019-cu il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon İcra və X1 Rayon İcra və Probasiya Şöbəsinin 18.03.2022-ci il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-5452 saylı, 15.11.2019-cu il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-237/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-237/2022
05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver