Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-237/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu və onun vəkili X2, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı "nikahın pozulması” tələbinə dair iddiası üzrə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuş Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-264/2024 saylı qərardadının icrası ilə bağlı məsələyə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Naxçıvan MR Babək Rayon Məhkəməsindən Abşeron Rayon Məhkəməsinə daxil olmuş iddiaçı Tələbkar cavabdeh Borclu qarşı "nikahın pozulması” tələbinə dair mülki iş üzrə 12 yanvar 2012-ci il təvəllüdlü X9, 05 avqust 2013-cü il təvəllüdlü X7 və 19 may 2016cı il təvəllüdlü X3 valideynlərdən hansının yanında qalmaq istəmələri barədə fikirlərinin öyrənilməsinə dair məhkəmə tapşırığı xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur. Qeyd edilən məhkəmə tapşırığından görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı "nikahın pozulması” tələbinə iddiası üzrə tərəflərin birgə nikahından doğulmuş:
1. 12 yanvar 2012-ci il təvəllüdlü X5;
2. 05 avqust 2013-cü il təvəllüdlü X4;
3. 19 may 2016-cı il təvəllüdlü X3 təhsil aldıqları müəssisənin nümayəndəsinin iştirakı ilə dindirilərək valideynləri arasında bağlanmış nikah pozulduqdan sonra onların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı fikirlərinin öyrənilməsi, onların dindirilməsi zamanı tərəflər arasında olan nikahın pozulmasından sonra hansı valideynin yanında qalmaq istəmələri, hansı valideynin yanında qalmaq istəmələrindən asılı olaraq bunun səbəbləri və digər valideynin yanında qalmaq istəməmələrinin səbəbləri, bacıların bir-birinə bağlılığı və bir-birindən ayrılmaq istəyib-istəməmələri, ata ilə uşaqlar arasında olan münasibətlər, uşaqların hazırda iddiaçı ilə ünsiyyətdə olub-olmamaları və s. barədə uşaqlardan soruşulması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə tapşırığının yerinə yetirilməsi ilə əlaqədar 12 yanvar 2012-ci il təvəllüdlü X9, 05 avqust 2013-cü il təvəllüdlü X7 və 19 may 2016-cı il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixə, saat 09:10-a təyin olunmuş məhkəmə iclasına dəvət olunmuş, onların boşanmadan sonra valideynlərdən hansının yanında qalmaq istəmələri, həmçinin onların bacı kimi bir-birinə bağlılığı və bir-birindən ayrılmaq istəyib-istəməmələri, ataları ilə aralarında olan münasibətləri, hazırda ataları ilə ünsiyyətdə olub-olmamaları barədə fikirləri öyrənilmişdir. Beləliklə, məhkəmə tapşırığının icrası mümkün olmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti başçısı X6 Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə dindirilən 12 yanvar 2012-ci il təvəllüdlü X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, anası Borclu ilə qalmaq istəyir, çünki anası, babası və dayısı onunla yaxşı davranır. Həm də o, anasına daha çox bağlıdır. Onun atası Tələbkar ilə qalmaq istəməməsinin səbəbi atasının onunla və bacıları ilə maraqlanmaması, onlara heç bir qayğı göstərməməsidir. Belə ki, atası onlarla son üç ildə iki dəfə görüşmüşdür. O, bacıları ilə bir yerdə qalmaq istəyir və onlardan ayrılmaq istəmir. Hesab edir ki, onun valideynlərinin boşanmasına səbəb atasının anasını döyməsi, şiddət göstərməsi və təhqir etməsidir. Abşeron Rayon İcra Hakimiyyəti başçısı X6 Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə dindirilən 05 avqust 2013-cü il təvəllüdlü X7 məhkəmə iclasında izahatında bildirdi ki, o, 2013-cü ildə doğulmuşdur və hazırda 5-ci sinifdə oxuyur. Kiçik bacısı X8 Bakı şəhəri 3 nömrəli tam orta məktəbdə, onunla böyük bacısı X9 isə Bakı şəhəri 4 nömrəli tam orta məktəbdə oxuyurlar. O, 3 ildir ki, anası ilə qalır və indi də anası ilə qalmaq istəyir, çünki onun atası anasına şiddət göstərmişdir. Anası ona daha çox qayğı göstərdiyindən o, anası ilə qalmağı atasının yanında qalmaqdan daha üstün tutur. Atası son 3 ildə cəmi 4-5 dəfə onlarla görüşmüşdür. Axırıncı dəfə atası onlarla 2 həftə əvvəl görüşmüş, onları marketə, restorana aparmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısı X6 Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə dindirilən 19 may 2016-cı il təvəllüdlü X8 izahatında anasının yanında qalmaq istədiyini, çünki anasının ona daha çox qayğı göstərdiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 83.1. maddəsinə əsasən işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. 83.2. maddəsinə əsasən məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. 83.3. maddəsinə əsasən məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir. 84.1. maddəsinə əsasən məhkəmə tapşırığının yerinə yetirilməsi bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilir, onların gəlməməsi iclasın keçirilməsinə mane olmur. 84.2. maddəsinə əsasən məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında qərardad qəbul edilir və həmin qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir. 84.3. maddəsinə əsasən tapşırığı yerinə yetirən məhkəməyə izahat və ya ifadə verən işdə iştirak edən şəxslər və ya şahidlər məhkəmə iclasına gəldikdə ümumi qaydada izahat və ifadə verirlər. Məhkəmə, məhkəmə tapşırığını və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Naxçıvan MR Babək Rayon Məhkəməsi tərəfindən göndərilmiş məhkəmə tapşırığı yerinə yetirildiyindən, bu barədə qərar qəbul olunmalı, məhkəmə tapşırığının yerinə yetirilməsi ilə əlaqədar tərtib edilmiş materiallar işə baxan Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı "nikahın pozulması” tələbinə dair iddiası üzrə 12 yanvar 2012-ci il təvəllüdlü X5, 05 avqust 2013-cü il təvəllüdlü X4 və 19 may 2016-cı il təvəllüdlü X3 boşanmadan sonra valideynlərdən hansının yanında qalmaq istəmələri barədə fikirlərinin öyrənilməsinə dair Naxçıvan MR Babək Rayon Məhkəməsinin məhkəmə tapşırığı yerinə yetirilmiş hesab edilsin. Qərardad dərhal materiallarla birlikdə Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elman Məmmədov