Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-238/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar nümayəndəsi X2 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia ərizəsi təmin edilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, һər аy bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu birgə nikah dövründə qazanılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi, küçə 17, bina Al, mənzil 6 ünvanında yerləşən mənzilə görə ödənişin yarısını 9550 manat məbləğində pulun, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 AAAF park yaşayış kompleksi, küçə 17, bina Aİ, mənzil 6 ünvanında yerləşən mənzilin təmirinə görə 2450 manat olmaqla, ümumilikdə 17000 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaitinin cavabdeh Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 saylı, xx.xx.2023-cü il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Masallı rayonu, Musakücə kəndində qeydiyyatda olan və Xırdalan şəhəri, AAAF Park Y/K, k.17, bina 1A, M.6 ünvanında faktiki yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulmalı və Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu birgə nikah dövründə qazanılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi, küçə 17, bina Al, mənzil 6 ünvanında yerləşən mənzilə görə ödənişin yarısını 9550 manat məbləğində pulun, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 AAAF park yaşayış kompleksi, küçə 12, Bina 1, mənzil 13 ünvanında yerləşən mənzilə görə isə 5000 manat məbləğində pulun, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi, küçə 17, bina Al, mənzil 6 ünvanında yerləşən mənzilin təmirinə görə 2450 manat olmaqla, ümumilikdə, 17000 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaitinin cavabdeh Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2023-xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar һər iki tərəfə göndərilmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, Borclu alimenti qəsdən ödəmədiyini, hazırda Borclu 3200 manat məbləğində borcu olduğunu bildirdi və qeyd edilənlər əsasında təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə Borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın nümayəndəsinin izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü, Masallı rayonu, Musakücə kəndində anadan olmuş, Masallı rayonu, Musakücə Ə/D, Musakücə kəndində qeydiyyatda olan və Xırdalan şəhəri, AAAF Park Y/K, k.17, bina 1A, M.6 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü, Masallı rayonu, Musakücə kəndində anadan olmuş, Masallı rayonu, Musakücə Ə/D, Musakücə kəndində qeydiyyatda olan və Xırdalan şəhəri, AAAF Park Y/K, k.17, bina 1A, M.6 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-238/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-238/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver