Məhkəmə qərarları › İş №8(012)-239/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-239/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-239/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Tələbkar və onun nümayəndəsi X5, Borclu, Maraqlı şəxs icra məmuru Vadim Əliyevin iştirakı ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(012)-375/2023 saylı icra sənədi üzrə Maraqlı şəxs icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilərək qeyd edilən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Abşeron rayon İcra Şöbəsində aparılan icra işi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilərək qeyd edilən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyinin Abşeron rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar şikayət ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 atası Borclu alınaraq anası Tələbkar verilməsi və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Borclu alınaraq anası Tələbkar ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə icra hərəkətləri uzun müddət keçirilməmiş və onun yuxarı instansiyalara şikayətlərindən sonra müəyyən icra hərəkətləri keçirilsə də onlar qərəzli formada aparılmışdır. Belə ki, icra şöbəsinin rəisi Ayaz Nuqaylının ona xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və uşağın anasına verilməsi ilə bağlı psixoloqun dəvət edilməsi barədə icra qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmçinin icra şöbəsinin rəisi Ayaz Nuqaylının ona xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, çoxsaylı cəhdlər edilsə də X4 anasına getməkdən imtina etmişdir. İcra Şöbəsinin rəisinin qərəzi öz məktubunda açıq-aşkar görünür. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qeyd edilən hüquq normasının məzmunundan aydın olur ki, xx.xx.2023-cü il tarixdən sonra icra məmuru tələbin könüllü icra üçün 10 günlük müddət təyin etməli idi və əgər Borclu tələbi könüllü icra etməyəcəyi təqdirdə məcburi icra tədbirləri görməli idi. Ayaz Nuqaylı qeyd edir ki, uşaq anasına getməkdən imtina edir və bundan sonra psixoloq dəvət edilmiş və psixoloq ailə psixoloquna müraciət etməyi tövsiyə etmişdir. Uşağın anaya verilməsi ilə bağlı 3 ay müddətində heç bir icra hərəkətinin keçirilməməsi onunla sübut olunur ki, icra məmuru xx.xx.2023-cü il tarixdə uşaqla bağlı mübahisəli vəziyyətin olduğunu bilmiş və dəvət etmişdir. Həmçinin onu da bildirir ki, ərizəsinə əlavə etdiyi video roliklərdə uşağın açıq-aşkar onu istədiyi və atasının ciddi psixoloji təsirinin olduğu açıq-aşkar görünür. Həmçinin o, anası ilə birlikdə icra şöbəsinin rəisi Ayaz Nuqaylının yanında olarkən Borclu anası rəisə zəng etmişdir. Barəsində icraat aparılan şəxsin anasında icra rəisinin mobil nömrəsinin olması işin obyektivliyinə açıq-aşkar şübhə yaradır. Belə ki, prosessual hüquq normaları baxımından icra şöbəsinin rəisi ilə barəsində icraat aparılan şəxsin heç bir bağlılığı, həmin şəxsin valideyninin isə ümumiyyətlə, heç bir bağlılığı yoxdur. Həmin şəxs barəsində aparılan icra hərəkətləri həmin şəxsin tam xeyrinə və mənafeyinə uyğun keçirilirsə, icra rəisinin əlaqə nömrəsinin olması daha absurd xarakter daşıyır. Belə ki, Borclu anası Qumru Orucova əvvəllər prokurorluq orqanlarında xidmət etmişdir və həmin əlaqələrindən istifadə edərək həm Ayaz Nuqaylı ilə, həm də digər orqanlarla əlaqələr yaradaraq onun icra sənədinin icra olunmasına maneələr yaradır. Bundan əlavə bildirir ki, aliment hesablanması barədə də icra sənədi faktiki olaraq düzgün keçirilməmişdir. Belə ki, o, iki uşağa görə 386 manat, Borclu isə bir uşağa görə 193 manat aliment ödəməlidir. Buna baxmayaraq icra şöbəsi və Borclu cinayət əlaqəsinə girərək övladının ona verilməsini gecikdirirək aliment öhdəliyinin də qarşısını almışdır. Belə ki, Borclu ona bildirmişdir ki, ona verilən övladını da yanında saxlayaraq aliment öhdəliyindən yayınacaqdır. Həmçinin borclu müxtəlif vasitələrlə ona icra şöbəsinin rəisi Ayaz Nuqaylı ilə ortaq tanışlarının olduğunu və onlar vasitəsi ilə icra hərəkətlərinin öz mənafeyinə uyğun keçirilməsini təmin edəcəyini bildirmişdir. O, övladını görmək üçün məktəbə getdikdə övladı ona məqsədinin onu oğurlamaq olduğunu söyləyir. Hazırda övladının təhsil aldığı məktəb də ona övladını görməsinə icazə vermir. Həmin icra işinin faktiki halları ondan ibarətdir ki, icra məmuru tərəfindən hərəkətsizlik göstərilərək icra hərəkətləri aparılmır və o, övladını himayəsinə götürə bilmir. Faktiki olaraq məhkəmə tərəfindən qəbul edilmiş qətnamə icra məmurunun qanunsuz hərəkətləri nəticəsində icra edilmir və bir il ərzində heç bir məcburi icra tədbiri hərəkəti həyata keçirilməmişdir. Bildirir ki, qeyd edilən faktiki hallar birbaşa borclu tərəfindən qərəzli şəkildə edilən hərəkətlərdir, icra məmuru həmin hərəkətlərə səssiz qalır və “İcra haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilmiş heç bir icra tədbirini görmür. Konstitusiya Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qərarında və digər qərarlarında formalaşdırdığı hüququ mövqeyə görə məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qarardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Hazırki iş üzrə borclu tərəfindən məhkəmə qərarının icrasına maneəlar yaradılsa da icra məmuru tərəfindən hərəkətsizlik göstərilməsi onun məhkəmə müdafiəsi hüququnun kobud pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi Tələbkar nümayəndəsi X7 ərizəçi Tələbkar izahatına uyğun izahat verərək bildirdi ki, icra məmuru əvvəldən onların işinə qərəzli yanaşmışdır. Uşağa anası əvəzinə nənəsi baxır. Onlar icra məmurunun hərəkətlərindən narazıdırlar. Ancaq o, şəxsən Ayaz Nuqaylının hərəkətlərindən şikayətçidir. O, məktəbə gedərək nəvəsini görmək istəsə də məktəbdən ona uşaqla görüşə məhdudiyyət qoyulduğu bildirilmişdir. Borclu məhkəmə iclasında şikayətə etiraz edərək bildirmişdir ki, icra məmurları övladı xx.xx.2016-cı il təvəllüdlü X3 anası Tələbkar ilə görüşü çəkiliş etmiş, görüş ilə bağlı akt tərtib edilmiş və Məhəmmədəli dindirərək onun fikrini soruşulmuş,lakin Məhəmmədəli qəti olaraq anası ilə qalmaqdan imtina etmiş, anası ilə görüşmək istəmədiyini bildirmişdir. Odur ki, göstərilənlərə əsasən o, ərizənin təmin edilməməsini xahiş etdi. Maraqlı şəxs icra məmuru Vadim Əliyev məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 atası Borclu alınaraq anası Tələbkar verilməsi və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Borclu aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edildikdən sonra 07 noyabr 2023-cü il tarixdə Tələbkar ilə Borclu və xx.xx.2016-cı il təvəllüdlü X3 görüşü keçirilmiş, lakin görüş zamanı uşaq anası ilə getmək istəmədiyini, bacısının yanında qalmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə psixoloq Ruhiyyə Səmədova dəvət olunmuş və uşağın anası ilə getmək istəmədiyi barədə yazılı şəkildə rəy vermişdir. Daha sonra onlar tərəfindən xx.xx.2024-cü il tarixdə tələbkar ilə uşaq arasında yenidən görüşə şərait yaradılmış, uşaq anasından qaçmış və anası ilə görüşmək istəməmişdir. Qeyd edir ki, tələbkara uşağını özü ilə aparması üçün dəfələrlə şərait yaradılmasına baxmayaraq uşaq anası ilə getmək istəməmişdir. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilən X4 izahatında bildirdi ki, o, hazırda atası Borclu, nənəsi və bacısı ilə birlikdə yaşayır və anası Tələbkar yanında qalmaq istəmir. Belə ki, atası ona anasının yanında qalmasını demiş, lakin anası onunla pis davrandığı üçün anasının yanına getmək istəməmişdir. Hələ iki yaşında olarkən anası onu atıb getmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək 18 aprel 2008-ci il təvəllüdlü X9 və 11 iyun 2009-cu il təvəllüdlü X6 ataları Borclu yanında qalması, xx.xx.2022-ci il tarixdən başlayaraq 18 aprel 2008-ci il təvəllüdlü X9 və 11 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin Tələbkar tutularaq Borclu ödənilməsi, həmçinin qarşılıqlı iddia qismən təmin edilərək 18 iyun 2016-cı il təvəllüdlü X3 atası Borclu alınaraq anası Tələbkar verilməsi və anasının himayəsində saxlanılması, 18 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək 18 aprel 2008-ci il təvəllüdlü X9 və 11 iyun 2009-cu il təvəllüdlü X6 ataları Borclu yanında qalması, xx.xx.2022-ci il tarixdən başlayaraq 18 aprel 2008-ci il təvəllüdlü X9 və 11 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin Tələbkar tutularaq Borclu ödənilməsi, həmçinin qarşılıqlı iddia qismən təmin edilərək 18 iyun 2016-cı il təvəllüdlü X3 atası Borclu alınaraq anası Tələbkar verilməsi və anasının himayəsində saxlanılması, 18 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Abşeron rayon İcra Şöbəsində aparılan icra işi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilərək qeyd edilən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyinin Abşeron rayon İcra Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Lakin hazırki işlə əlaqədar məhkəmə sorğusu əsasında məhkəməyə təqdim olunmuş icra işi materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, icra sənədini təmin etmək məqsədilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Maraqlı şəxs inzibati binasında Tələbkar övladı X4 ilə sərbəst görüşü üçün şərait yaradılmış, lakin icra məmurları tərəfindən edilmiş bütün cəhdlərə baxmayaraq uşaq anası ilə getməkdən imtina etmişdir. Buradan görünür ki, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş lazımi icra tədbirləri görülmüş, lakin uşaq anası ilə getmək istəməmiş, məhz bu fakt həm icra işinin materialları, həm də məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilən X3 ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, icra məmuru Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün uşağın, yəni X3 iradəsi ziddinə hərəkət edə bilməzdi. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxsndə aparılan icra işi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilərək qeyd edilən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxsndə aparılan icra işi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilərək qeyd edilən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar