Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-241/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəçi Borclu MTK-nın sədri X6 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzilin boşaldılması, həmin mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün Tələbkar şərait yaradılması qət edilmişdir. Ərizəçi Borclu MTK-nın sədri X9 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Borclu Mənzil-Tikinti Kooperativinin borclu statusunda qalıb-qalmaması, əgər borclu sayılarsa, onda icra vərəqəsinin Borclu Mənzil-Tikinti Kooperativinə münasibətdə hansı qaydada icra edilməli olması ilə bağlı məsələlərə dair icra vərəqəsinin izah edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Borclu MTK-nın sədri X9 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan 1 otaqlı, 95 nömrəli mənzilin boşaldılması, həmin mənzilə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün Tələbkar şərait yaradılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir və hazırda icra məmuru tərəfindən qanuna müvafiq qaydada icra tədbirləri həyata keçirilməkdədir. Borclu Mənzil-Tikinti Kooperativi adıçəkilən icra vərəqəsi üzrə borclu qismində məhkəmənin icra vərəqəsininin icrasından qətiyyən yayınmır və bununla bağlı icra məmurunun hər hansı qanuni tələblərini yerinə yetirməkdədir. Lakin icra vərəqəsində göstərilən mənzil hazırda Borclu MTK-nın balansında deyildir. Belə ki, həmin mənzil daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarış əsasında X2 xüsusi mülkiyyətindədir. Mənzilin mülkiyyətçisi X4 isə məhkəmənin icra vərəqi üzrə borclu deyildir. Məlumdur ki, “İcra haqqında” Qanunun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Yenə “İcra haqqında” Qanunun 28.4-cü maddəsində bildirilir ki, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalam əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Qeyd edirlər ki, hazırki vəziyyətdə icra vərəqəsi üzrə Borclu MTK həmin mənzilə nisbətdə borclu statusunda deyildir. Çünki icra vərəqi üzrə tələbin yönəldildiyi əmlak, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan 1 otaqlı, 95 nömrəli mənzil üzərində Borclu MTK hər hansı hüquqa malik deyildir. Bundan əlavə həmin mənzil xx.xx.2024-cü il tarixli reyestrdən çıxarış əsasında X2 mülkiyyətində olmaqla sahəsi 57.1 kv.m təşkil edir. Konstitusiyanın 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət fərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun müdafiəsi Mülki Məcəllənin 152-ci maddəsi ilə də təmin olunmuşdur. Beləliklə, icra vərəqəsi üzrə tələbin yönəldiyi mənzil üzərində X2 Konstitusiya və Mülki Məcəllə ilə qorunan hüquqları mövcuddur. “İcra haqqında” Qanunun 29.1ci maddəsinə görə tərəflər... vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək... hüquqlarına malikdirlər. Yuxarıda şərh edilən hallarla təsdiq edilir ki, Borclu MTK icra vərəqi üzrə borclu vəzifələrini buna səlahiyyətləri olmadığına görə yerinə yetirə bilmir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda... icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edilir. Qeyd olunanlara əsasən o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq ərizəçi Borclu MTK-nın nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin qətnamənin izahından imtina edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işin faktiki hallarını və aşağıda qeyd edilənləri nəzərə çatdıraraq hesab edir ki, borclu tərəfindən verilmiş ərizə təmin edilməməli, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra edilməlidir:
1. Borclu ilə aralarında bağlanan 04 fevral 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Borclu MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə Tələbkar (payçının) özünə verməyi, Tələbkar (payçı) isə sözügedən mənzil üçün müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş və göstərilən mənzilin dəyəri 46696 manat məbləğində müəyyən olunmuşdur, mənzilin dəyəri onun tərəfindən MTK-ya ödənilmişdir. Daha sonra MTK-nın mənzildən istifadə və mülkiyyət hüquqlarını məhdudlaşdırması ilə əlaqədar sözügedən mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi tələbi ilə məhkəmə müraciət etmişdir, eyni zamanda tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə məhkəməyə təqdim edilərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 m2-dən ibarət 95 saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdeh Borclu MTK-ya qadağan edilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1822/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 m2-dən ibarət 95 saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdeh Borclu MTK-ya qadağan edilməsi qərara alınmışdır. Qərardad dərhal icraya yönəlmiş, icra tədbirləri görülməyə başlanmışdır. xx.xx.2021-ci il tarixində Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, MTK-ya bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixində MTK-nın sədri X5 tərəfindən iltizam imzalanaraq 2(012)-1822/2021 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisə predmeti olan mənzilin satışını keçirməyəcəyi bildirilmişdir. Həmin tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən icra sənədinin icrası ilə bağlı akt tərtib edilmiş, akt MTK-nın rəhbəri Ə.Dadaşov, E.İskəndərov, K.Abdullayev, Q. Qədirov, Ə.Hüseynov, Z.Quliyev tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayon İPŞ tərəfindən yenidən MTK-ya xəbərdarlıq göndərilmiş, MTK-nın direktoru X9 tərəfindən imzalanmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1822/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Sözügedən qərardan tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 2(105)- 3510/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.mdən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi Borclunə həvalə edilməsi qət edilmişdir (Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-4132/2022 saylı qərarı ilə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmış və icraya yönəlmişdir). Daha sonra Borclu MTK-ya qarşı «mənzilin boşaldılması, girişçıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması» tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzilin boşaldılması, həmin mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün Tələbkar şərait yaradılması qərara alınmış, icraya yönəlmişdir. Qeyd edilənlərə və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardad olmasına, həmin məhkəmə aktlarının icraya yönəlmələrinə, mənzilin başqa şəxslərə satılmayacağına dair iltizam götürülməsinə baxmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmış, mənzili üçüncü şəxsə - X1, bununla əlaqədar təsdiqedici sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehin əməlində aşkar şəkildə cinayət tərkibinin əlamətləri mövcuddur. Belə ki, məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyəti yaradır. Həmçinin nəzərə çatdırır ki, cavabdehin əməllərində dələduzluq cinayətinin olması ilə bağlı tərəflərindən xüsusi qərardad qəbul edilməsi barədə vəsatət məhkəməyə təqdim edilmişdir. “İcra haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədində tələblər aydındır, belə ki, məhkəmə qətnaməsinə əsasən borclunun üzərinə mübahisə predmeti olan mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması qoyulur. Məhkəmə qətnaməsinin icra edilə bilməməsinin səbəbi borclunun qanunsuz hərəkətləridir. Bununla yanaşı “İcra haqqında” Qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Bu halda icra sənədinin məzmunu aydın olduğundan məhkəmə qətnaməsinin izahına zərurət yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq Borclu MTK tərəfindən verilmiş qətnamənin izah edilməsi barədə ərizənin təmin edilməməsi və imtina edilməsi, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda, qətnamənin izah olunmasına yol verilir. Belə ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmışdır. Məhkəmə həmin qətnamədə iddia tələbinə uyğun qətnamə çıxarmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Borclu MTK-nın sədri X6 Abşeron Rayon Məhkəməsinin 2(012)-2641/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov