Məhkəmə qərarları › İş №8(012)-242/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-242/2022

27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-242/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-4498/2021 saylı, 14.01.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 930 manat pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar 13.04.2022-ci il tarixdə Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 4498/2021 saylı, 14.01.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 930 manat pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Qeyd edilən icra sənədi 26.01.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim olunmuşdur. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədindəki tələb tam şəkildə təmin edilməmişdir. Belə olan halda icra sənədinin icrası ilə bağlı borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Bundan sonra Borclu istifadəsində olan (050)-350-32-31 telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış və smsbildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, icra sənədi üzrə icra məmuru ona ödəniş etməsi üçün hesab nömrəsi vermiş və o, hər ay həmin hesab nömrəsinə ödənişlərini etmiş, ödəniş qəbzlərini də icra şöbəsinə təqdim etmişdir. Lakin icra məmuru icra sənədi üzrə borcun tam şəkildə ödənilməsini tələb etmiş, onun həmin məbləği tam şəkildə ödəməyə maddi imkanı çatmamışdır. Bu səbəbdən də o, icra məmurunun çağırışı üzrə icra şöbəsinə getməmişdir. Ona sms-bildiriş gəlməmiş, lakin zəng olunmuşdur, sonuncu dəfə isə 20 gün bundan əvvəl o, icra şöbəsinə getmişdir. Təqdimatı vermiş icra məmuru və tələbkar məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. Müvafiq halda icra orqanı təqdimata Borclu şöbəyə və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə dəvət edilməsi haqqında heç bir əsaslandırılmış rəsmi sənəd (bildirişin borcluya çatması barədə) əlavə etməmişdir. Məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən, həmçinin borclunun heç bir məcburiyyət tədbiri tətbiq olunmadan tam könüllü şəkildə məhkəmə iclasına gələrək izahat verməsi onun eyni zamanda icra sənədinin icrasından yayınmasını istisna etdiyindən təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar