Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-242/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-131/2024 saylı, 13 mart 2024-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq əhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-3215/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu 1000 manat məbləğində pul və 45 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-131/2024 saylı, 13 mart 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,0106 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,0106 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1000 manat məbləğində pul və 45 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 0,0106 ha torpaq sahəsinin olması müəyyən edilmiş, həmin torpaq sahəsinin üzərinə həbs qoyulması üçün təqdimat Abşeron Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 8(012)-131/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Borc tam ödənildiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Borclu borcunu tam şəkildə ödədiyindən tələbkar Əliyev X1 Rayon Məhkəməsinin 2(012)-3215/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunmuş tələb Borclu tərəfindən tam şəkildə təmin olduğundan Abşeron Rayon Məhkəməsinin 2(012)- 3215/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,0106 ha torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-131/2024 saylı, 13 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,0106 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-242/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-242/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver