Məhkəmə qərarları › İş №8(012)-25/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-25/2023

30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-25/2023 30.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı qətnaməsinə əsasən, Borclu Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1010/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsi Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı qətnaməsinə əsasən, Borclu Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Sözügedən icra sənədinin icrası məqsədi ilə Tələbkar iştirakı təmin olunaraq icra yerinə gedilmişdir. İcra yerində olarkən qeyd olunan ünvanda Borclu başqa onun ailə üzvlərinin də yaşaması müəyyən olunmuşdur. Eyni zamanda, 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təsərrüfatının 4789 saylı, xx.xx.2022-ci il tarixli arayışında icra sənədində qeyd olunan ünvanda Borclu başqa ailə üzvlərinin də yaşaması göstərilmişdir. Belə olan halda, borcludan başqa ailə üzvlərinin qeyd olunan ünvanda yaşaması səbəbindən məhkəmə qərarının icrasını həyata keçirmək mümkün olmamış və icra hərəkətləri təxirə salınmışdır. Beləliklə, Abşeron rayon Məhkəməsinin 2(012)- 1010/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunmasında bir sıra çətinliklər yaranmışdır. Ona görə də icra vərəqəsinin icrasında yuxarıda qeyd edilən halların müəyyən çətinlik və anlaşılmazlıqlar yarandığı üçün həmin icra sənədinə Borclu ailə üzvlərinin və digər şəxslərin çıxarılması hissəsinə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman cavabdehin ailə üzvləri mübahisəli fərdi yaşayış evində yaşamamışlar. Lakin hazırda, yalnız borclunun özünün fərdi yaşayış evindən çıxarılmasına razıdır və digər şəxslərlə bağlı tədbirini özü görəcəkdir. Eyni zamanda, qeyd edir ki, mübahisəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ailə üzvləri əvvəl gündən mübahisəli fərdi yaşayış evində yaşayırlar. Köç edən gündən ailə üzvləri-yoldaşı, uşaqları, qardaşı və qardaşı uşaqları da həmin evdə yaşayır. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə ki, mülki iş materiallarında olan: -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1010/2021 saylı icra sənədi üzrə icraata başlanılaraq tərəflərə könüllü icra müddəti barədə məlumat verilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyi 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Apışov X8 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi X.Məmmədov küçəsi 46B saylı evdə (köhnə ünvanı: Bələdiyyə sənədi ilə 6-cı küçə, 4-cü döngə, 69 saylı ev) X5, X9, X10, X4, X6, X7, X7 2021-ci ildən həmin evdə yaşayırlar. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Borclu Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evdə, Tələbkar isə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 6-cı küçə döngə 4, 69 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı icra sənədinə əsasən, Borclu Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Mübahisəli fərdi yaşayış evində borclunun ailə üzvləri ilə birlikdə yaşaması müəyyən olunduğundan və göstərilən bu hal icra sənədinin icrasında çətinliklər yaratdığından Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı icra sənədinə əsasən mövcud ziddiyyətin aradan qaldırılması üçün icra məmuru qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qanunun tələblərindən göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən ləğv olunmamış, habelə, icra olunmamış məhkəmə qərarlarının məzmunu dəyişdirilmədən həmin qərarı qəbul etmiş hakim tərəfindən izah verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 14. bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qanunun və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, məhkəmə qeyd edir ki, hazırki ərizənin mahiyyətini Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı qətnaməsinə izah verilməsi təşkil edir ki, həmin qətnamədən də göründüyü kimi, borclunun fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş 4 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, borclunun ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində yaşaması təsdiq olunsa da, göstərilən hal mülki iş üzrə məhkəmə mübahisəsinin predmetini təşkil etməmişdir. Beləliklə də, məhkəmə qanunun tələblərini nəzərə alaraq iddia tələbinə mahiyyəti üzrə baxmış və yekun məhkəmə aktı qəbul etmişdir. Bu səbəbdən də, qətnamənin dili sadə və anlaşıqlı olmaqla, məhkəmə onun izah verilməsinə ehtiyac duymur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “”İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Göründüyü kimi, məhkəmə qətnaməsi aydın və anlaşılan olmuş, icra məmuru isə “borclunun ailə üzvləri ilə birlikdə çıxarılıb-çıxarılmaması” məsələsinə izah verilməsini xahiş etmişdir ki, hazırki ziddiyyətli məqam həmin mülki iş üzrə mübahisənin predmetini təşkil etməmişdir. Halbuki, qanunvericilik məhkəmə orqanına məhkəmə aktına izah verərkən onu dəyişdirməsini, eyni zamanda, məhkəmə baxışının predmetini təşkil etməyən məsələlərin həllini qadağan etmişdir. Bu səbəbdən də, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında məhkəmə aktı çıxardığından həmin qətnamənin izah edilməsinə lüzum olmadığı qənaətinə gələrək ərizənin təmin edilməməsi qərarına gəlir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1010/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar