Məhkəmə qərarları › İş №8(012)-25/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-25/2025

28.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-25/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-5965/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1990-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 175 manat sabit pul məbləğdə aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmçinin borclu şöbəyə dəvət olunaraq tələbin könüllü icrası ilə bağlı bildiriş rəsmi qaydada ona təqdim edilmişdir. Bir müddət sonra, borclu icra sənədi üzrə aliment öhdəliyini icra etmədiyindən barəsində məcburi icra tədbirlərinə başlanılmış, əmlak və gəlirləri barədə müvafiq sorğular edilmiş və borclunun "xxxx" MMC-də əmək müqaviləsinin olması müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdə tələbin borclunun 70 faizlə əmək haqqına yönədlilməsinə dair qərar qəbul edilərək icra edilməsi üçün iş yerinə göndərilmişdir. Tələb borclunun gəlirlərinə yönəldikdən sonra o, icra sənədinin icrasında yayınaraq oz ərizəsi ilə işdən azad olunmuşdur. Sözügedən məlumat daxil olduqdan sonra borclu şöbəyə dəvət olunmuş, lakin icra məmurunun çağırışı üzrə gəlməkdən yayınmış və olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclunun olduğu yer müəyyən edilərək o, polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş, izahatı alınmış və həmin tarixə 6250 manat aliment borcunun olması tərəfimdən müəyyən edilmişdir. Belə olan halda, borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1 -ci maddəsi ilə inzibati xəta haqqənda protokol tərtib edilmiş və hüquqi qiymət verilməsi üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, borclu sözügedən inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 8 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Borclunun cari tarixə olan aliment borcu 6425 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Eyni zamanda, müvafiq sorğular nəticəsində müəyyən edilmişdir ki, borclu əvvələr də fərqli tarixlərdə ölkəyə giriş-çıxışlar etmiş və istifadəsində ölkə hüdudlarənı tərk etməyə imkan verən xarici pasport vardır. Bununla bağlı məhkəmə qərarının icrasını təmin etmək və borclununun gələcəkdə ölkə hüdüdlarını tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə ölkədən gedmək hüququ müvəqqəti məhdulaşdırılmalıdır. Abşeron rayon İcra və Probasiya Şöbəsi və icra sənədi üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və icra sənədi üzrə tərəflərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan: - Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-5965/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. - Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5965/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərar və bildiriş borcluya şəxsən təqdim edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 3(012)-2492/2024 saylı, xx.xx.2024-cü il tarixli qəraraından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, inzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 18:00 dəqiqədən hesablanması, qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü, Xaçmaz rayonu, Ustacəlli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar