Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-258/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1195/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun məcburi gətirilməsi” tədbirinin tətbiq edilməsi və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1195/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu ilə Tələbkar arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Tələbkar himayəsində olan 13 avqust 2019-cu il təvəllüdlü Zeyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu 150 manat alimentin hər ay ərizəçiyə verilməısinə dair barışıq sazişi təsdiq edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Sonrakı müddət ərzində Borclu dəfələrlə yazılı və şifahi qaydad xəbərdar olunmasına baxmayaraq, icra məmuru tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymayaraq, şöbəyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə şöbəyə heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınır. Odur ki, borclu şəxsin məcburi gətirilməsi zərurəti yaranmışdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq tələbkar, borclu və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimata tələbkar, borclu və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə borclu Əhmədov X1 şəhər Məhkəməsinin 2(051)-1195/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası barədə xx.xx.2023-cü il tarixində məlumatlandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilmişdir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, icra sənədi üzrə borclu Əhmədov X1 şəhər Məhkəməsinin 2(051)-1195/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin çağırışı ilə gəlməkdən yayındığından onun barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-258/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-258/2025
29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver