Məhkəmə qərarları › İş №8(012)-259/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-259/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-259/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu "xxxx" MMC-nin direktoru Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1238/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, ’'Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 yanvar 2016-cı il tarixli 2015-2264 360665 saylı alqı-satqı müqaviləsinə əsasən 63452,8 manat pul məbləği, 30 manat dövlət rüsumu və 600 manat cərimə məbləği, cəmi 64082,8 manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, borclu "xxxx" MMC-nin direktoru Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1238/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən “Holcim (Azərbaycan)” ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2015-********** saylı alqı-satqı müqaviləsinə əsasən cəmi 64082,8 manat pulun "xxxx" MMC-dən tutularaq “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu "xxxx" MMC-nin direktoru Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq Abşeron rayon İcra və probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1966-cı il təvəllüdlü, Şərur rayonu, Ərəbyengicə kəndində anadan olmuş, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olan borclu "xxxx" MMC-nin direktoru Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1238/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1966-cı il təvəllüdlü, Şərur rayonu, Ərəbyengicə kəndində anadan olmuş, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olan borclu "xxxx" MMC-nin direktoru Borclu məcburi qaydada Abşeron rayon İcra və probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar