Məhkəmə qərarları › İş №8(012)-260/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-260/2024

27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-260/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X5 və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, X2 Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, icra məmuru tərəfindən qəbul edilmiş icraata xitam verilməsi barədə qərarın ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və məcburi icra hərəkətlərinin aparılması vəzifəsinin icra məmurunun üzərinə qoyulmasına dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən yanında qalmalı olan qızı xx.xx.2013-cü il təvəllüdlü X10 onun yanında qalması üçün borclu Maraqlı şəxs2 tərəfindən ona qaytarılması üzrə icra hərəkətlərinin edilməsindən imtina olunmasına dair Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və sözügedən icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X10 ona qaytarılması üçün icra hərəkətlərinin edilməsi vəzifəsinin Maraqlı şəxs1 üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsinə əlavə təqdim edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən yanında qalmalı olan qızı xx.xx.2013-cü il təvəllüdlü X10 onun yanında qalması üçün borclu Maraqlı şəxs2 alınması üzrə icra hərəkətlərinin edilməsindən imtina olunmasına dair Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi, X10 onun yanına qaytarılması üçün icra hərəkətlərinin davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunaraq, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və borcludan tutulması vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli, “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməsi və icra hərəkətləri davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcu xx.xx.2023-cü il tarixdən hesablanması,şikayət digər hissələrdə rədd edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylı tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(105)-109/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylının şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli və onunla bağlı 30 iyul 2024- cü il tarixli qərardadları ləğv edilmiş və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 8(105)-109/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərmişdir ki, şikayəti qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv etməklə icra hərəkətlərinin davam etdirilməsi qənaətinə gəlmişdir. Lakin bu nəticəyə gələn məhkəmə ilk növbədə həmin qərardaddan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin Güntəkin Qaybullayeva tərəfindən ötürülüb- ötürülməməsini müzakirə etməmişdir. Halbuki “İcra haqqında” Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Daha sonra icra sənədi üzrə icraata xitam verilməsi barədə tələbkarın xx.xx.2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizənin hansı səbəbdən yazıldığını belə ətraflı araşdırmamışdır. Bununla yanaşı Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunaraq, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və borcludan tutulması vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, tələbkar Güntəkin Qaybullayevanın 01 dekabr 2023-cü il tarixdə yazılı ərizə ilə Maraqlı şəxs1nə müraciət etməsini, həmin ərizədə məhz tələb etdiyi dövrə borcun olmadığını göstərməsinin səbəblərini yoxlamamış, ərizənin verildiyi vaxtdan bir müddət sonra məhkəməyə müraciət etməsinin səbəblərini ətraflı araşdırmamışdır. Eyni zamanda Maraqlı şəxs2 Cəbrayıl Rayon Məhkəməsinə uşağın himayəyə verilməsinə dair iddia tələbinin nəticəsi barədə dəqiqləşdirmə aparmamışdır. Bu baxımdan yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylının şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli və onunla bağlı 30 iyul 2024-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın əsaslandırıcı hissəsində göstərilən halları araşdırıb yenidən baxılaraq yekun məhkəmə aktının qəbul edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. X5 Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadındakı olan izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla Maraqlı şəxs2 arasında Cəbrayıl rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2012-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X12 onun yanında qalmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X3 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir və icra işi hazırda Maraqlı şəxs1ndə icra məmuru Vadim Əliyevin icraatındadır. xx.xx.2024-cü il tarixdən qızı Menese borclunun yanındadır. Borclu qızını ona geri qaytarmaqdan imtina edir. Bu barədə icra məmuru Vadim Əliyevə dəfələrlə şifahi məlumat verərək, qızının qaytarılmasını təmin etməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək, qızı Menesenin artıq 5 gündür atası tərəfindən aparıldığı barədə məlumat vermişdir. Daha sonra xx.xx.2024-cü il tarixli ərizə ilə yenidən müraciət edərək, artıq bir aydan çoxdur ki, borclu Maraqlı şəxs2 xx.xx.2013-cü il təvəllüdlü X13 öz yanına apararaq ona geri qaytarmadığını, borclu və onun ailə üzvlərinin qızında onun əleyhinə fikir formalaşdırmaqla uşağa psixoloji təzyiq etdiklərini bildirərək, qızı Menesenin onun himayəsinə qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs1 rəisinin bu ərizəsinə cavab olan xx.xx.2024-ci il tarixli məktubunda qızının onun himayəsinə qaytarılması tələbi ilə bağlı şöbənin icraatında hər hansı icra sənədinin olmadığı göstərilmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı mülki işinin elektron icraat materiallarından məlum olur ki, həmin iş üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsində nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X12 anaları X7 yanında qalmaları qət edilmişdir. Bu icra sənədi xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1ndə qəbul olunmuş və icra məmuru Vadim Əliyevin icraatına verilmişdir. Hazırda həmin icra sənədinə əsasən borclu olan Maraqlı şəxs2 qızı Meneseni özündə saxlayaraq uşağın onun yanında qalmasına mane olur və icra vərəqəsini icra etmir. Lakin icra məmuru Vadim Əliyev də həmin icra sənədi üzrə hər hansı icra hərəkətləri etməkdən imtina edir. Hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş icra məmuru Vadim Əliyev həmin icra sənədi üzrə icraata xitam verdiyini bildirdi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. X30 sözügedən icraata xitam verilməsi barədə qərarını tələbkara göndərməmişdir. Digər tərəfdən icra məmuru Vadim Əliyev məhkəmə iclasındakı izahatında borclu Maraqlı şəxs2 izahatında X10 hazırda onun yanında olduğunu təsdiq etdiyini bildirdi. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi zərurətdir, lakin icra məmuru həmin icra sənədi üzrə icraata xitam verdiyini əsas gətirərək, hər hansı icra hərəkətini etməkdən imtina etmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmuru Vadim Əliyevin qərarı ləğv olunmalı və həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilərək, X16 onun yanına qaytarılmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş və hazırda icra məmuru Vadim Əliyevin icraatında olan icra işində digər mübahisəli məqam isə uşaqlar üçün tutulmalı olan alimentin borcunun hesablanması zamanı alimentin tutulmalı olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 6*450=2700 manat pulun tutulmasından icra məmurunun imtina etməsidir. İcra məmuru imtinasının əsası kimi xx.xx.2023-cü il tarixədək alimentin ödənilməsi barədə tələbkarın ərizəsini göstərir. Lakin o, həmin ərizəni borclunun təhdidi nəticəsində yazmışdır, əslində borclu xx.xx.2023-cü il tarixə kimi olan aliment borcunu ödəməmiş və sözügedən ərizəni etibarsız hesab edərək geri götürmüşdür. Bu barədə icra məmuruna xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müraciətlər olunmuşdur. Borclu da həmin dövrə aid aliment ödənişlərinə dair hər hansı sübut təqdim edə bilmir. Lakin icra məmuru xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 6*450=2700 manat məbləğində alimentin tutulmasından qanunsuz olaraq imtina edir. Bu barədə Maraqlı şəxs1 rəisinin xx.xx.2024-cü il tarixli məktubu ona xx.xx.2024-cü il tarixdə verilmişdir. X5 Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadındakı olan izahatı bir daha təstiqləyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(105)-109/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadındakı göstərilən xüsusatlarla bağlı bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı olaraq onunla cavabdeh Maraqlı şəxs2 arasında Cəbrayıl Rayon Qeydiyyat Şöbəsində bağlanmış 28 aprel 2012ci il tarixli, 119 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X21 və xx.xx.2017-ci il təvəllüdlü X11 anaları olaraq onun yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq ona ödənilməsi qət edilmişdir.Abşeron rayon məhkəməsinin e-2(012)- 2444/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə uşaqlar üçün tutulmalı olan alimentin borcunun hesablanması zamanı alimentin tutulmalı olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 6*450=2.700 manat pulun tutulmasından icra məmurunun imtina etməsinin səbəbi kimi xx.xx.2023-cü il tarixədək alimentin ödənilməsi barədə onun tərəfindən yazıldığı ərizəsə göstərilir.İcra sənədi üzrə icraata xitam verilməsi barədə onun xx.xx.2023-cü il tarixdə Abşeron icra şöbəsinə ünvanladığı ərizəni hansı səbəbdən yazması ilə bağlı bildirir ki, həmin ərizəni borclunun təhdidi və aldatması nəticəsində yazmışdır. Belə ki, keçmiş həyat yoldaşı Səfa Qaybullayev onun qızıl-zinət əşyalarını lombarda girov qoyaraq, kredit götürmüş, xx.xx.2023cü il tarixdə, Səfa ona zəng edərək, ”Abşeron rayon icra şöbəsindən ona zəng olunduğunu, aliment borcunun ödənilməsi tələb olunduğunu, lakin onun həm aliment ödəməyə, həm də lombardın kreditini ödəməyə imkanının olmadığını, əgər qızıllarının lombardda satılmamasını və Səfanın həmin krediti ödəməsini istəyirsə, o zaman, aliment borcunun olmaması barədə ərizə yazmalı olduğunu, həmin ərizəni yazarsa, o da krediti ödəyəcəyini” bildirmişdir. Bundan sonra, o məcburiyyət qarşısında qalaraq, Abşeron rayon icra şöbəsində Fazil və Ziyad adlı şəxslərin yanında ağlaya-ağlaya Səfanın xx.xx.2023-cü il tarixə kimi olan aliment borcunu ödəməsi barədə həqiqətə uyğun olmayan məzmunda ərizəni yazmalı olmuşdur. O icra məmurunun diktəsi ilə həmin ərizəni yazmış, o, ali təhsilli deyildir, “İcra haqqında” Qanunun olub-olmamasını, həmin Qanunun 20.1.5-ci maddəsinin məzmunun nə olduğunu, iş üzrə icraata xitam verilməsinin nəyi ifadə etməsini bilməmişdir.Lakin, bundan sonra Səfa verdiyi vədinə əməl etməmiş, lombard kreditini ödəməmiş, o məcburiyyət qarşısınd qalaraq xx.xx.2024-cü il tarixdə həmin lombard kreditini öz adına keçirərək, krediti ödəməyə məcbur olmuşdur. Bundan sonra isə xx.xx.2024-cü il tarixdə ərizə ilə Abşeron rayon icra şöbəsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir. Eləcə də, həmin qızıl-kredit məsələsində aldadılması barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinə də müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı ona göndərilməmiş,qərardan onun və vəkilinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş icra məmuru Vadim Əliyev həmin icra sənədi üzrə icraata xitam verdiyini bildirdikdən sonra məlumatları olmuş,bundan sonra vəkili Abşeron rayon məhkəməsinə müraciət edərək, Abşeron rayon məhkəməsinin e-2(012)- 2444/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda Maraqlı şəxs2 Cəbrayıl Rayon Məhkəməsinə uşağın himayəyə verilməsinə dair iddia tələbi ilə bağlı bildirir ki, Cərayıl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs2 ona qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə icraata xitam verilmiş və qərardaddan şikayət verilməmişdir. Qeyd edilənlərə əsasən o, şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. X2 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında G. Qaybullayevanın izahatlnda göstərdiyi xüsusatlarla bağlı eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasın yeri və vaxtı haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 nümayəndəsi və borclu məhkəməyə gəlməmiş,gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmiş,məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadındakı izahatda Maraqlı şəxs1 icra məmuru X26 göstərmişdir ki, birgə nikahdan olmuş uşaqların saxlanmasına görə borclu Maraqlı şəxs2 aliment tutularaq X5na verilməsi barədə icra sənədi ilə yanaşı, eyni zamanda uşaqların tələbkarın himayəsinə verilməsi ilə əlaqədar verilmiş icra sənədi də mövcuddur. Tələbkar uşaqların onun himayəsinə verilməsi barədə icra sənədi üzrə icraata xitam verilməsinə dair icra şöbəsinə ərizə ünvanlayaraq uşaqların onun yanında olduğunu bildirmiş, qeyd edilən ərizəyə əsasən onun tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə hesab edir ki, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi üçün əsas yoxdur. Həmçinin bildirir ki, hazırda borclu tələbkara qarşı uşaqların onun himayəsinə verilməsi barədə iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadındakı izahatda borclu Maraqlı şəxs2 göstərmişdir ki, o, X5na 6 aylıq aliment məbləğini ödəmişdir. Belə ki, o, aliment məbləği üçün tələbkara məxsus olan karta ödəniş etmək istəsə də tələbkar ona pulu kartına göndərməməsini, karta pul köçürəcəyi halda təyin olunmuş sosial müavinətin verilməsinin dayandırılacağını bildirmiş, bu səbəbdən o, aliment məbləğini tələbkara əlbəəl ödəmişdir. Lakin qeyd edir ki, o, tələbkarın kartına da aliment üçün pul köçürmüşdür və onun tərəfindən tələbkarın kartına ödəniş edildiyi barədə çıxarışlar təqdim edə bilər. Tələbkarın onun və icra məmurunun təkidi ilə alimentdən imtina etməsi barədə ərizə yazması ilə bağlı onu deyə bilər ki, tələbkarın belə bir ərizə yazdığını elə onun özündən eşitmişdir. X5 621 manat məbləğində sosial yardım alırdı. O, hazırda lombarda olan 3900 manat məbləğində borcunu ödəmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh Maraqlı şəxs2 arasında Cəbrayıl Rayon Qeydiyyat Şöbəsində bağlanmış 28 aprel 2012-ci il tarixli, 119 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X21 və xx.xx.2017-ci il təvəllüdlü X11 anaları X7 yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2017ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədində qeyd olunan tələb tam icra olunduğundan Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə X7 və onun vəkili-nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını və icra işində olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli, sözügedən qətnamə üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilməli, şikayətin digər hissələri ilə bağlı əsaslı hallar müəyyən edilmədiyinə görə rədd edilməlidir. Məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh Maraqlı şəxs2 arasında Cəbrayıl Rayon Qeydiyyat Şöbəsində bağlanmış 28 aprel 2012-ci il tarixli, 119 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X21 və xx.xx.2017-ci il təvəllüdlü X11 anaları X7 yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq iddiaçı X8 ödənilməsi qət edilmiş və sözügedən qətnamə icraya yönəldilmişdir.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tələbkərdan 30 dekabr 2023-cü il tarixdə alınmış ərizə əsasında 30 dekabr 2023-cü il tarixdə icra məmuru tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(105)-109/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadındakı xüsusatlarla bağlı qeyd edir ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərardan X5 və onun vəkili-nümayəndəsi Vəkil hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş icra məmuru Vadim Əliyev həmin icra sənədi üzrə icraata xitam verdiyini bildirdikdən sonra məlumatları olmuşdur.Belə ki,icra işinin materiallarında Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərarın tələbkara göndərilməsinə (verilməsinə) dair hər hansı sənəd müəyyən edilmir. Halbuki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, “icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir”. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icraata xitam verilməsi barədə qərarın mövcudluğundan xx.xx.2024-cü il tarixdə məlumat əldə edən tələbkarın vəkili 10 gün müddət keçməmiş, xx.xx.2024-cü il tarixdə şikayətə əlavə ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, Abşeron rayon məhkəməsinin e-2(012)-2444/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsini xahiş etmiş və beləliklə şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə tələbkarın xx.xx.2023-cü il tarixdə Abşeron icra şöbəsinə ünvanladığı ərizəni hansı səbəbdən yazması ilə bağlı məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tələbkar həmin ərizəni borclunun onu aldatması nəticəsində, Güntəkinin məcburiyyət qarşısında qalaraq, Abşeron rayon icra şöbəsində Fazil və Ziyad adlı şəxslərin yanında ağlaya-ağlaya Səfanın xx.xx.2023-cü il tarixə kimi olan aliment borcunu ödəməsi barədə həqiqətə uyğun olmayan məzmunda ərizəni yazması olmuşdur. (icra işinin materiallarında olan xx.xx.2024-cü il tarixli aktda X22, xx.xx.2024-cü il tarixli Aktda isə X19 adı hal şahidləri kimi yazılmışdır). Belə ki, “borclu X1-zinət əşyalarını lombarda girov qoyaraq kredit götürməsi, Səfanın Güntəkinə zəng edərək, Abşeron rayon icra şöbəsindən ona zəng olunduğunu, aliment borcunun ödənilməsi tələb olunduğunu, lakin onun həm alimenti ödəyib, həm də lombardın kreditini ödəməyə imkanının olmadığını, əgər qızıllarının lombardda satılmamasını və onun həmin krediti ödəməsini istəyirsə, o zaman, aliment borcunun olmaması barədə ərizə yazmalı olduğunu, həmin ərizəni yazarsa, o da krediti ödəyəcəyini bildirməsi, bu məqsədlə icra şöbəsinə çağrıldığını və icra şöbəsində ona həmin ərizənin yazıldığı” barədə tələbkarın məhkəmədə verdiyi izahatı hər hansı bir halla təkzib olunmamış, həmçinin əvvəlki məhkəmə iclasında iştirak edən icra məmuru X28 Qaybullayevanın həmin ərizəni yazması üçün icra şöbəsinə çağırdığını bildirmişdir.Lakin, bundan sonra Səfa verdiyi vədinə əməl etməmiş, lombard kreditini ödəməmiş, Güntəkin məcburiyyət qarşısınd qalaraq xx.xx.2024-cü il tarixdə həmin lombard kreditini öz adına keçirərək, krediti ödəməyə məcbur olmuşdur (kredit müqaviləsi iş materiallarında vardır). Bundan sonra isə xx.xx.2024-cü il tarixdə ərizə ilə Abşeron rayon icra şöbəsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir.Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki,tələb olunan alimentin ödənilməsi yetkinlik yaşına çatmayan uşaqlar üçün nəzərdə tutulduğundan və Güntəkin Qaybullayeva tərəfindən yazılan ərizə bir başa uşaqların mənafeyinə toxunduğundan,icra məmuru tərəfindən həmin ərizənin yazılma səbələri araşdırılmalı olduğundan araşdırıladan icra sənədi üzrə icraata xitam verilməklə yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin pozulması ilə nəticələnmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bundan başqa Abşeron rayon məhkəməsinin e-2(012)-2444/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş və hazırda icra məmuru Vadim Əliyevin icraatında olan icra işində digər mübahisəli məqam isə uşaqlar üçün tutulmalı olan alimentin borcunun hesablanması zamanı alimentin tutulmalı olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 6*450=2.700 manat pulun tutulmasından icra məmurunun imtina etməsidir. İcra məmuru imtinasının əsası kimi xx.xx.2023-cü il tarixədək alimentin ödənilməsi barədə tələbkarın ərizəsini göstərir.Lakin yuxarıda qeyd olunduğu kimi, tələbkar həmin ərizəni borclunun onu aldatması nəticəsində yazdığı müəyyən edilir, əvvəlki məhkəmə iclasında iştirak etmiş borclu Səfa Qaybullayev izahatında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimenti bank vasitəsilə ödədiyini demiş, həmin ödəniş sənədlərinin təqdim olunması üçün məhkəmə iclası təxirə salınmış, lakin növbəti iclasda Səfa hər hansı ödəniş sənədini təqdim edə bilməmiş, icra işinin materiallarından da həmin dövrün alimentin ödənilməsi ilə bağlı hər hansı bir sənəd müəyyən edilmir, hazırda da aliment borcunu ödəməyən borclu icra məmuru tərəfindən axtarışa verilmişdir. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qərarında qeyd etdiyi digər xüsusat üzrə də müəyyən edilir ki, Cərayıl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs2 cavabdeh X8 qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd olunanlara istinad edərək hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi zərurəti olduğundan, icraata xitam verilməsi barədə icra məmurunun 30 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmədən hər hanı bir icra hərəkətlərinin aparılması “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən yol verilmədiyindən,Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmuru Vadim Əliyevin 30 dekabr 2023-cü il tarixli qərarı ləğv olunmalı və həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş uşaqlar üçün tutulmalı olan aliment borcunun hesablanması zamanı alimentin tutulmalı olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 6*450=2700 manat pulun tutulmasından icra məmurunun imtina etməsi qanunsuz hesab edilməlidir. Şikayətin digər hissələri ilə bağlı məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən icrata xitam verilməsi barədə qərar qəbul edildikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmədiyindən həmin hissədə icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən rədd eilməlidir. "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunu göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətləri davam etdirilsin. Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilsin,sözügedən icra sənədi üzrə aliment borcu xx.xx.2023-cü il tarixdən hesablansın. Şikayət digər hissələrdə rədd edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar