Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-262/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu Əliyeva (Hacıyeva) Arzu Zahid qızı və onun vəkili-nümayəndəsi Vəkil, Tələbkar X2 iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun borclu Əliyeva (Hacıyeva) Arzu Zahid qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1388/2015 saylı, 12 avqust 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 42000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat tutularaq iddiaçı X3 verilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Əliyeva (Hacıyeva) Arzu Zahid qızınun ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1388/2015 saylı, 12 avqust 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 42000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat tutularaq iddiaçı X3 verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İcra sənədi üzrə Borclu icra sənədinin icrasını təmin etmir, borcun bir hissəsini ödəsə də, qalan məbləği ödəməkdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Bunlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu Əliyeva (Hacıyeva) Arzu Zahid qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, təqdimatın təmin edilməməsini xahiş etdi. Borclu Əliyeva (Hacıyeva) Arzu Zahid qızının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, icra sənədinin tarixində ziddiyyət mövcuddur. Həmin Təqdimatda deyilir ki, “...Abşeron Rayon Məhkəməsinin 2(012)-1388/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu 42000 (qırx iki min) manat məbləğində pul vəsaiti və dövlət rüsümunun əvəzi olaraq ödənilmiş 30 manat tutularaq X3 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə "İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir İcra sənədi üzrə Borclu icra sənədinin icrasını təmin edir, borcun bir hissəsini ödəsə də, qalan məbləği ödəməkdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki. borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Göstərilənləri nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231 -ci maddələrini rəhbər tutaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-1388/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan borclu fiziki şəxs xx.xx.1974-cü il təvəllüdlü Borclun ölkədən (Azərbaycan Respublikasının hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad edilməsi məsələsinə baxılması xahiş olunur...” İcra məmuru öz təqdimatını əsaslandırmamış və mənim icra sənədini üzürlü səbəblər olmadan icra etməmiyimi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və təqdimatda irəli sürdüyü dəlilləri mötəbər sübutların məcmusu ilə sübuta yetirməmiş, icra sənədi üzrə işin faktiki hallarını tam və düzgün qeyd etməmişdir. Belə ki, icra məmuru Təqdimatda mənim “borcun bir hissəsini ödəsə də, qalan məbləği ödəməkdən yayınması barədə” dəlilini tam və ətraflı izah etməmişdir. İcra məmuru borclunun konkret olaraq borcun hansı məbləğdə hissəsini ödədiyini, borcunun qalan məbləğininin neçə manatdan ibarət olduğunu qəsdən və qərəzli olaraq qeyd etməmişdir. Məlumat üçün bildirir ki, borclu 42000 manat məbləğində borcumdan 25000 manat məbləğində olan hissəsini ödəmiş və bu barədə tələbkarın Abşeron rayon məhkəməsinə ünvanlanmış və notarial qaydadad təsdiq edilmiş 16 iyun 20217-ci il Ərizəsi Etirazıma əlavə olunur. Sonra isə tələbkara 2000 manat məbləğində pul ödəmişdir. Eyni zamanda, tələbkarın Abşeron rayon İcra və Probasiya Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli Ərizəsində deyilir ki, “Bildirirəm ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1388/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 42000 (qırx iki min) manat məbləğində pul vəsaitinin tələbkar X3 tutulub verilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq bildirirəm ki, cəmi 42000 manat puldan 27000 manat iş üzrə borcludan almışam, lakin onun mənə 15000 manat borcu qalmışdır. Həmin 15000 manat pulun hər ay 400 manat məbləğində mənə ödənilməsinə narazılıq etmirəm. Ərizəmi özüm yazdım və doğruluğunu öz imzamla təsdiq edirəm.” Göründüyü kimi, xx.xx.2021-ci il tarixində borclu tərəfindən tələbkara olun 42000 manat borcunun yarısından çoxu (27000 manat) artıq ödənilmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2021-ci il tarixindən bu günə olan müddətdə o, tələbkara 19 ay üzrə hər ay 400 manat olmaqla 7600 manat məbləğində pul ödəmiş və onun hal-hazırda tələbkara 7400 manat məbləğində borcum qalıb və qalan borcumu da bundan əvvəl olduğu kimi aramızda olan razılaşmaya uyğun olaraq hər ay 400 manat olmaqla tam və vaxtlında ödəməyə söz verir. Bütün bunlar onun tərəfindən icra sənədi üzrə borcun ödənilməsi öhdəliyimi tərəflərin razılaşmasına uyğun olaraq tam və vaxtında ödədiyini və Təqdimatın tamamilə qanunsuz, əsassız və qərəzli olduğunu təsdiq edir. Buna görə də hesab edir ki, Abşeron Rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Məmmədov tərəfindən Abşeron Rayon Məhkəməsinə, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1388/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” Təqdimat qanunsuz, əsassız və qərəzli olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1 -ci (Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdı rılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası MPM-nin 231 -ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Odur ki, o, təqdimatın rədd edilməsini xahiş etdi. Tələbkar X4 məhkəmə iclasında izahatında bildirdi ki, Arzu ona 42000 manat borclu idi. Borcu evlə əvəzləşdirdik. Hazırda borclunun 7400 manat borcu qalmışdır. Borclu sonuncu dəfə 28 apreldə ödəniş etmişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat X1 tərə imzalanmış verilmiş ərizədən görünür ki, Əliyeva (Hacıyeva) Arzu Zahid qızı ona 25000 manat pul ödəmişdir. İş materiallarında olan X6 tərəfindən yazılmış və imzalanmış izahatdan görünür ki, Əliyeva (Hacıyeva) Arzu Zahid qızı ona olan 42000 manat borcdan 27000 manatını ödəmişdir. O, qalan 15000 manat borcun aya 400 manat olmaqla ödənilməsinə narazılıq etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, təqdimatı və iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1388/2015 saylı, 12 avqust 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 42000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat tutularaq iddiaçı X3 verilməsi qərara alınmışdır. Abşeron rayonu 1 saylı Notariat X1 tərə imzalanmış verilmiş ərizəyə əsasən, Əliyeva (Hacıyeva) Arzu Zahid qızı ona 25000 manat pul ödəmişdir. İş materiallarında olan X6 tərəfindən yazılmış və imzalanmış izahatdan görünür ki, Əliyeva (Hacıyeva) Arzu Zahid qızı ona olan 42000 manat borcdan 27000 manatını ödəmişdir. O, qalan 15000 manat borcun aya 400 manat olmaqla ödənilməsinə narazılıq etmir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun borclu Əliyeva (Hacıyeva) Arzu Zahid qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-262/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-262/2023
05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver