Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-264/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 2(111)-7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 30 avqust 2023-cü il tarixdən hesablanmaqla Borclu hər ay sabit pul məbləğində 220 manat aliment tutularaq 05 iyun 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası X3 ödənilməsi, alimentin müvəqqəti tutulması barədə Kəngərli Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(111)-249/2023 saylı qərardadının ləğv edilməsi və aliment tutularkən həmin qərardad üzrə aparılmış ödənişlərin nəzərə alınması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6749/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 08 yanvar 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub Tələbkar verilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 2(111)- 7/2024 saylı, xx.xx.2024-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6749/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1998-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 2(111)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6749/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədləri Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Borclu bir övladı vardır və məhkəmə tərəfindən uşağın saxlanması üçün 200 manat aliment təyin olunmuşdur. Borclu ona olan aliment borcundan 160 manat ödəmişdir və hazırda ona ödənilməmiş 631 manat borcu qalmışdır. Qeyd edir ki, borclu ilə aralarında alimentin ödənilməsi barədə razılaşma vardır. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, başqa bir icra vərəqəsi üzrə «Bank VTB (Azərbaycan)» ASC-yə borcu olduğuna görə artıq onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Əgər atası razılıq versə, onlara məxsus evi satıb borclarını ödəyəcəkdir. Hazırki təqdimat üzrə onun ölkədən çıxışına məhdudiyyət qoyulsa, bu halın ona heç bir təsiri olmayacaqdır. Bu səbəbdən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra sənədi üzrə tərəflərin izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 2(111)-7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6749/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1998-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 2(111)-7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6749/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1998-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-264/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-264/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver