Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-271/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Naxçıvan MR Babək rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 icra sənədinin izah olunması barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Naxçıvan MR Babək rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(012)-4769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin izah olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, X5 5380 manat məbləğində borc və həmin məbləğin illik beş faizi məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumunun və 16 manat noariat xərcinin əvəzi tutulub X3 ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla Babək rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. Borclu, icra sənədi üzrə 5380 manat məbləğində borcdan 5164 manat tələbkara ödəniş etmişdir. Hazırda bu icra sənədi üzrə 5380 manat borcdan 216 manat qalıq borc qalmışdır. İcra vərəqəsində borcludan 5380 manat məbləğində borc və həmin məbləğin illik beş faizi məbləğində pulun alınaraq tələbkara verilməsi qeyd olunmuşdur. Faizin hər il üçün yaxud birdəfəlik olması, əsas borcun illik beş faizi yaxud qalıq borcdan tutulmasının qeyd olunmaması həmin faizin hesablanmasında qeyri-müəyyənlik yaratmışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən icra məmurunun məhkəmədən nə xahiş etməsi görünmür. Bundan başqa, ərizə müvafiq icra qurumunun möhürü ilə möhürlənməmiş, müvafiq qaydada blankda göndərilməmiş, icra qurumunun rəhbəri tərəfindən ərizəni imzalamağa icra məmuru X1 verilməsini təsdiq edən sənəd, o cümlədən Abşeron Rayon Məhkəməsinin 2(012)-4769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi ərizəyə əlavə edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizənin forma və məzmununa riayət edilmədiyindən, eləcə də orada konkret tələb göstərilmədiyindən və səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından Naxçıvan MR Babək rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin izah olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Naxçıvan MR Babək rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 icra sənədinin izah olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-271/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-271/2025
18.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver