Məhkəmə qərarları › İş №8(012)-276/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-276/2022

12.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-276/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, X1 iştirakı ilə, X1 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2619/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsinin hissə - hissə icra edilməsi barədə ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2619/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh kimi X5 qarşı dəymiş zərərin əvəzinin öddənilməsi tələbinə dair iddiasının təmin edilməsi, X3 təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4333,20 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4363,20 manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************44, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************44, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödəniləcək 4363,20 manat məbləğində borcun hər ay hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1.10.2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************44, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödəniləcək 4363,20 manat məbləğində borcun hər ay 80 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, iddiaçı “Azəriqaz” istehsalat Birliyi ona qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 4333,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4363,20 manat məbləğində pulun ondan məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************44, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 302,40 manat və 2,10 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 304,50 manat məbləğində pul vəsaitinin tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************44, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına tutulması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. ünvan 1.10.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh kimi ona qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, ondan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4333,20 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4363,20 manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************44, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir. O, ünvan 1.10.2021-ci il tarixli qətnaməsindən narazı qaldığı üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etsə də, onun şikayətinin nəticəsi barədə hələ də ona heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsində işin nəticəsi barədə məlumat verilmədiyi üçün qətnamənin icra edilməsi Abşeron Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi 4 363,20 manat məbləğində pul vəsaitini ondan bir dəfəlik ödəmədiyi tələb edirlər. Onun isə həmin pulu birdəfəlik ödəməyə qəti imkanım yoxdur. O, ünvan 2 ünvanında yaşayır və heç bir yerdən gəliri də yoxdur. Dolanışıq üçün maddi cəhətdən əziyyət çəkir və üstəlik ondan 4363,20 manat məbləğində pulu birdəfəlik tələb etdikləri üçün maddi vəziyyətim lap pisləşmişdir. Hazırda işsizdir. İş olan zaman fəhlə işləyərək, ailəni dolandırmağa çalışır. Bəzən elə vaxtlar olur ki, günlərlə gözləsə də, heç o fəhlə işini də tapa bilmir. 4363,20 manat məbləğində pulu o, birdəfəlik ödəməsə məni onu edəcəklərini bildirirlər. O, həbs olunsa həm özü, həm də ki, ailəsi çətin vəziyyətdə qalacaqdır. Ona görə ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi həmin pulun hissə-hissə ödənilməsini xahiş edir. Qeyd olunanlara əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Abşeron Rayon İcra və Probasiya Şöbəsi və “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını məqsədə müvafiq saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə - hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borlcunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şərh olunan hüquq normalarına istinad edərək borclunun əmlak vəziyyətini, yəni tələb olunan pul məbləğini birdəfəlik ödəmək iqtidarında olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2619/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsi hər ay 80 manat olmaqla hissə - hissə icra edilməsi tələbkarın mənafeyinə xələl gətirmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. ünvan 1.10.2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************44, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödəniləcək ümumilikdə 4363,20 manat məbləğində borc, hər ay 80 manat olmaqla hissə-hissə X3 tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar