Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-277/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-5899/2021 saylı, 27.09.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2214 manat pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. 18.04.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 5899/2021 saylı, 27.09.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2214 manat pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. İcra sənədi 21.12.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunan məlumata əsasən Borclu mülkiyyətində “Man yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Ona görə də qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində “Man yük” markalı, **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin, tələbkarın və borclunun iştirakı olmadan keçirilmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. İcra işinin əmlaka dair kompüter çıxarışından görünür ki, Borclu mülkiyyətində “Man yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-5899/2021 saylı, 27.09.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Man yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-5899/2021 saylı, 27.09.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Man yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-277/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-277/2022
05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver