Məhkəmə qərarları › İş №8(012)-279/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-279/2022

05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-279/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1852/2020 saylı, 29.09.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu, İslamov fərhad İslam oğlu və X1 müştərək qaydada 10742,17 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar QSC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Yardımlı rayonu, Gavran kəndi ərazisində yerləşən 0,1980 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1852/2020 saylı, 29.09.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu, İslamov fərhad İslam oğlu və X1 müştərək qaydada 10742,17 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar QSC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi 10.12.2020-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. “Elektron icra” informasiya sistemnidən əldə olunan məlumata əsasən Borclu mülkiyyətində Yardımlı rayonu, Gavran kəndi ərazisində yerləşən 0,1980 ha torpaq sahəsinin olduğu müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Yardımlı rayonu, Gavran kəndi ərazisində yerləşən 0,1980 ha torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1852/2020 saylı, 29.09.2020-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan Yardımlı rayonu, Gavran kəndi ərazisində yerləşən 0,1980 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Yardımlı rayonu, Gavran kəndi ərazisində yerləşən 0,1980 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar