Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-284/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-314/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, 24.02.2021-ci il tarixli icra sənədinə əsasən, 17 yanvar 2011-ci il tarixdə anadan olmuş X2, 19 mart 2012-ci il tarixdə anadan olmuş X3 və 18 dekabr 2015-ci il tarixdə anadan olmuş X4 anası X1 qalmalarının müəyyən edilməsi, 17 yanvar 2011-ci il tarixdə anadan olmuş X2, 19 mart 2012-ci il tarixdə anadan olmuş X3 və 18 dekabr 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq, Tələbkar xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 15 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-314/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun təqdimatı təmin edilmiş, Borclu adına olan “KİA Picanto minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin göstərilən nəqliyyat vasitəsinə yönəldilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “KİA Picanto minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatında göstərmişdir ki, 01.03.2021-ci il tarixli qərarla icraata başladığı Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, 24.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 525 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-314/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadına əsasən, borclunun mülkiyyətində olan “KİA Picanto minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə tələbkarın ərizəsinə əsasən “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Tələbkar tərəfindən verilmiş 13.04.2022-ci il tarixli ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, 24.02.2021-ci il tarixli icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş edilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsinin 14.04.2022-ci il tarixli qərarı ilə sözügedən icra işinə xitam verilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, 24.02.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən ki, “KİA Picanto minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmış və həmin avtomobilin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-314/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus “KİA Picanto minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-284/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-284/2022
12.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver