Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-288/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron rayon İcra şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2078/2021 saylı, 02.07.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3444,60 manat pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan “Vaz 2105 minik” markalı, **-KO-*** dqn-lı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2078/2021 saylı, 02.07.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3444,60 manat pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi 09.08.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. “Elektron icra” informasiya sistemnidən əldə olunan məlumata əsasən Borclu mülkiyyətində “Vaz 2105 minik” markalı, **-KO-*** dqn-lı avtomobilin olduğu müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər məhkəməyə gəlmədiyinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-ci maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda,Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Lakin, yuxarıda qeyd olunan hallarla bağlı icra məmuru tərəfindən təqdimata hər hansı bir sübut əlavə edilməmiş, həmçinin Borclu mülkiyyətində olan “Vaz 2105 minik” markalı, **-KO-*** dqn-lı avtomobilin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edimədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan “Vaz 2105 minik” markalı, **-KO-*** dqn-lı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-288/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-288/2022
12.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver