Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-290/2022 05.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İcra sənədi üzrə Tələbkar2, İcra sənədi üzrə Borclu iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata 05 avqust 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4396/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun məcburi gətirilməsi” tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4396/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1000 manat pul tutularaq Tələbkar2, 10100 manat pul tutularaq Tələbkar1 verilməlidir. İcra sənədinin icrası ilə bağlı Borclu icra qurumu tərəfindən dəfələrlə tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş və ona əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. Buna baxmayaraq Borclu icra şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və bununla da onun məcburi gətirilməsi zərurəti yaranmışdır Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-290/2022 saylı qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1981-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmış, qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilmişdir. Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-290/2022 saylı qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-290/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-290/2022 saylı qərardadı ləğv edilmiş, təqdimata yenidən baxılması üçün məhkəmə baxış iclası təyin edilmişdir. İcra sənədi üzrə Tələbkar2 bildirdi ki, borclunun ona 1000 manat borcu vardır. Təqdimat təmin edilməlidir, lakin borcun ödənilməsi üzrə real addım olacaqsa, bununla razılaşar. İcra sənədi üzrə Borclu göstərdi ki, o, icra məmurunun bütün çağırışlarına hər zaman vaxtında reaksiya vermiş, Şöbəyə getmişdir. Bu səbəbdən təqdimatın təmin edilməsinə zərurət yoxdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatlardan görünür ki, icra sənədi üzrə digər Tələbkar1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimata onu vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarı və borclunu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilmişdir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4396/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin çağırışlarından üzrsüz səbəbdən yayındığı müəyyən edilmədiyindən onun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Şərh edilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4396/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun məcburi gətirilməsi” barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-290/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-290/2022
05.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver