Məhkəmə qərarları › İş №8(012)-292/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-292/2022

16.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-292/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 2635,98 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Tələbkar "xxxx" ASC Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-646/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardad tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC- nin mənafelərinə ziddir. Belə ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 2635,98 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-646/2017 saylı, xx.xx.2017-ci icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Cavabdeh X2 xx.xx.2015-ci il tarixli RBN-5701/MK RES1 saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşsə də cavabdeh tərəfindən vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün "xxxx" ASC-yə yaxınlaşmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının 6-cı bəndində Banklara, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsivvə edilmişdir. Bu norma imperativ norma deyildir və tərəfimizdən bu barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xitam ərizəsi gönədərilməmişdir. Həmçinin cavabdeh tərəfindən qətnamə elan edildikdən sonra kredit üzrə ödəniş edilmədiyini, vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqavilə bağlanması üçün gəlməməsini, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qanunsuz olaraq icra sənədi üzrə xitam verilməsini və kredit üzrə borcun hələ də qalmasını nəzərə alaraq, hal-hazırda "xxxx" ASC-nin mənafelərinin əhəmiyyətli dərəcədə pozulmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 5. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 6. icra sənədi tam icra olunduqda. Belə ki, yuxarı göstərilənləri və xitam əsaslarının olmadığını nəzərə alaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20.4-cü bəndinə əsasən İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20.5-ci bəndinə əsasən Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edək ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarı Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində tələbkara təqdim olunmuşdur. Qərardad rəsmi qaydada xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə təqdim olunmuş və odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Qeyd edilənlərə əsasən, tələbkar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 646/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 2635,98 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Cavabdeh X2 xx.xx.2015-ci il tarixli RBN- 5701/MK RES1 saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşsə də cavabdeh tərəfindən vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün "xxxx" ASC-yə yaxınlaşmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının 6-cı bəndində Banklara, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsivvə edilmişdir. Bu norma imperativ norma deyildir və tərəfimizdən bu barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xitam ərizəsi gönədərilməmişdir. Həmçinin cavabdeh tərəfindən qətnamə elan edildikdən sonra kredit üzrə ödəniş edilmədiyini, vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqavilə bağlanması üçün gəlməməsini, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qanunsuz olaraq icra sənədi üzrə xitam verilməsini və kredit üzrə borcun hələ də qalmasını nəzərə alaraq, hal-hazırda "xxxx" ASC-nin mənafelərinin əhəmiyyətli dərəcədə pozulmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 5. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;

6. icra sənədi tam icra olunduqda. Belə ki, yuxarı göstərilənləri və xitam əsaslarının olmadığını nəzərə alaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

Şikayət təmin edilsin. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar