Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-293/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Borclu 1023,84 ABŞ dolları əsas borc, 130,43 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1204,27 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin tutularaq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən qeyd olunan icra sənədinin Fərmanın təsiri altına düşməsi göstərilmişdir. Tələbkar "xxxx" ASC Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından şikayət verərək, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarının ləğv olunması və Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardad tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 227/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Borclu cəmi 1204,27 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 AZN dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2017 saylı, xx.xx.2017-ci icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Cavabdeh Borclu xx.xx.2015-ci il tarixli XDTQD-0082 saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşsə də, cavabdeh tərəfindən vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün "xxxx" ASC-yə yaxınlaşmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının 6-cı bəndində banklara, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyyə edilmişdir. Bu norma imperativ norma deyildir və "xxxx" ASC tərəfindən bu barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xitam ərizəsi göndərilməmişdir. Həmçinin cavabdeh tərəfindən qətnamə elan edildikdən sonra kredit üzrə ödəniş edilmədiyini, vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqavilə bağlanması üçün gəlməməsini, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qanunsuz olaraq icra sənədi üzrə xitam verilməsini və kredit üzrə borcun hələ də qalmasını nəzərə alaraq, hal-hazırda "xxxx" ASC-nin mənafelərinin əhəmiyyətli dərəcədə pozulmuşdur. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Borclu 1023,84 ABŞ dolları əsas borc, 130,43 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1204,27 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin tutularaq "xxxx" ASC-yə verilməsi qət edilmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən qeyd olunan icra sənədinin Fərmanın təsiri altına düşməsi göstərilmişdir. Borclu sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Cavabdeh Borclu xx.xx.2015-ci il tarixli XDTQD-0082 saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşsə də, cavabdeh tərəfindən vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün "xxxx" ASC-yə yaxınlaşmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının 6-cı bəndində banklara, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyyə edilmişdir. Bu norma imperativ norma deyildir və "xxxx" ASC tərəfindən bu barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xitam ərizəsi göndərilməmişdir. Həmçinin cavabdeh tərəfindən qətnamə elan edildikdən sonra kredit üzrə ödəniş edilmədiyini, vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqavilə bağlanması üçün gəlməməsini, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qanunsuz olaraq icra sənədi üzrə xitam verilməsini və kredit üzrə borcun hələ də qalmasını nəzərə alaraq, hal-hazırda "xxxx" ASC-nin mənafelərinin əhəmiyyətli dərəcədə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-293/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-293/2022
16.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver