Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-299/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 27 iyun 2007-ci il təvəllüdlü X3 və 13 noyabr 2008-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay hər uşaq üçün 175 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 27 iyun 2007-ci il təvəllüdlü X3 və 13 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Borclu onun xeyrinə tutulması qeyd edilmişdir. Borclu məhkəmə tərəfindən təyin olunmuş 175 manat sabit pul məbləğində alimenti gecikdirsə də ödəyir. Lakin uşaqların təhsil xərcinə görə ödəniş etməli olduğundan qeyd edilən aliment məbləği övladlarının təhsil xərclərinin ödənilməsinə kifayət etmir. 2025-ci ilin iyun ayında uşaqlarından birinin 18 yaşı tamam olacaqdır. Borclu yenidən evlənmişdir və uşaqlarla ünsiyyəti yoxdur. Bildirir ki, borclunun əlavə ödəniş etməyə gəliri kifayət qədər olsa da uşaqlar üçün əlavə yardım etmir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində aliment sabit pul məbləğində müəyyən edildiyindən məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin indeksasiyası həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 853400 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 27 iyun 2007-ci ildə Xaçmaz şəhərində doğulmuşdur. Atası Borclu, anası isə Tələbkardır. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 853351 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 noyabr 2008-ci ildə Xaçmaz şəhərində doğulmuşdur. Atası Borclu, anası isə Tələbkardır. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 103178 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və Şahbazova (Əhmədova) Güllər Alim qızının nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2846/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 27 iyun 2007-ci il təvəllüdlü X3 və 13 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması və cavabdeh Borclu 32 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını və işin faktiki hallarını tədqiq edərək hesab edir ki, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023cü tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini nəzərə alaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 27 iyun 2007-ci il təvəllüdlü X3 və 13 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu ərizəçi Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 27 iyun 2007-ci il təvəllüdlü X3 və 13 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu ərizəçi Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunsun. Qərardad qanuni qüvvəsini aldığı gündən indeksasiya olunmuş alimentin tutulması hesablansın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-299/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-299/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver