Məhkəmə qərarları › İş №8(012)-300/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-300/2023

26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-300/2023 26.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi , Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu1 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4862/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu2 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46838,70 manat əsas, 14473,83 manat lizinq mükafatı (faiz), 3000 manat cərimə borcu, ümumilikdə 64312,53 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, X4 küçəsi, 171 ünvanında yerləşən bağ evinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4862/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu2 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46838,70 manat əsas, 14473,83 manat lizinq mükafatı (faiz), 3000 manat cərimə borcu, ümumilikdə 64312,53 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi Borclu1 Abşeronda yaşaması əsas gətirilərək Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Sisteminə borclunun əmlak və gəlirləri ilə bağlı sorğu edilərkən Borclu1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, X4 küçəsi, 171 ünvanında yerləşən bağ evinin olması aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən bağ evi üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu1 şəxsi kartoçkasından görünür ki, Abşeron rayonu, Novxanı kəndi, X4 küçəsi, 171 ünvanında yerləşən bağ evi sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4862/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, X4 küçəsi, 171 ünvanında yerləşən bağ evinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Borclu1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, X4 küçəsi, 171 ünvanında yerləşən bağ evinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar