Məhkəmə qərarları › İş №8(012)-313/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-313/2023

01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-313/2023 01.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu əmlakının üzərinə həbs qoyulması və açıq hərracda satılması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-6390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu cəmi 3275,50 manat məbləğində pul və 53,20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli torpaq sahələri üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu cəmi 3275,50 manat məbləğində pul və 53,20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Borclun adma əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli torpaq sahələri qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə təqdimat vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli torpaq sahələri sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Borclu "xxxx" KB ASC-yə olan 3275,50 manat məbləğində borcunun ödənilməsinin icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatı sözügedən borc məbləği ilə bir-birinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin icrası məqsədilə təqdimatda göstərilən, Borclu mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” qanunun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə üzərinə həbs qoyulması əmlak üzrə digər icra hərəkətlərinin aparılmasını qanunvericilik icra məmurunun vəzifəsi olduğunu müəyyən etdiyindən təqdimatın digər hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” qanunun 45,50-ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar