Məhkəmə qərarları › İş №8(012)-320/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-320/2024

17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-320/2024 17.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru X1, Tələbkar iştirakı ilə, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1237/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi tərəfindən verilən Tələbkar əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 112 saylı əmrinin ləğv edilməsi, Tələbkar Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbindən iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbindən 100 manat məbləğində dövlət rüsumuna görə pulun dövlət büdcəsinin nəfinə tutulması qət edilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş, əsas kimi icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğu və bunun Tələbkar şöbəyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi ilə təsdiq edildiyi göstərilmişdir. Tələbkar həmin qərardan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1237/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə xitam verilməsinə dair icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə və icra sənədinin tam icra olunması üçün göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1237/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən o, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üşrə direktor müavini vəzifəsinə işə bərpa olunmalıdır və xx.xx.2022-ci ildən başlayaraq işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqı cavadehdən tutularaq ona verilməlidir. İcra sənədinin işə bərpa olunmasına dair hissəsi icra olunmuş, yəni o, işə bərpa olunmuşdur, lakin məcburi iş buraxma müddəti üçün əmək haqqı tam şəkildə ödənilməmişdir. Əmək haqqının bir hissəsi ödənilmiş, digər hissəsi isə ödənilməmişdir. İşi icra edən mühasib icra sənədini tam icra edəcəyinə vəd verdiyinə görə o, icra məmuruna ərizə vermişdir ki, icra sənədi tam icra olunmuşdur. Lakin mühasib onu aldadaraq icra sənədini tam icra etməmişdir. Bundan başqa nəzərə çatdırır ki, ona ödənilmiş əmək haqqı mühasibin öz adından ona göndərilmiş və göndərilən puldan da 90 manat komisyon haqq tutulmuşdur. Buradan belə başa düşmək olur ki, mühasib ona ödəniləcək məbləği əvvəl özü nağdlaşdırmış və sonra ona digər kartın hesabından onun kartının hesabına göndərmişdir. Kartına pul göndərən adam Sevinc Ağadadaşova olmuşdur, əmək haqqının isə bu qaydada ödənilməsi qadağandır. Halbuki əmək haqqı ödəyən təşkilatın hesabından onun hesabına ödənilməli idi. Hesab edir ki, qeyd olunan faktlar məhkəmə tərəfindən araşdırılmalıdır. “İcra haqqında” AR Qanununun 71-ci maddəsində deyilir ki, işçini işə bərpa etmək haqqında icra sənədi borclu tərəfindən icra edilmədikdə, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur. İcra məmuru qeyd olunan qanunun tələbinə əməl etməmişdir. İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra işinin icraatına xitam verilmişdir və o, xitam verilməyə dair qərarın surətini xx.xx.2024-cü il tarixdə rəsmi imza etməklə almışdır. Qərardan şikayət vermə müddəti 10 gün olduğuna görə şikayət vermə müddətini ötürməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, icra məmurunun qərarı ləğv edilməli, iş tam icra olunması üçün icra məmuruna göndərilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs icra məmuru X2 izahatında Tələbkar ərizəsinə əsasən icra sənədi üzrə icraata xitam verdiklərini, daha sonra tələbkarın Maraqlı şəxs sözügedən qərarı ilə razılaşmadığını, bu səbəbdən tələbkara məhkəməyə müraciət etməsini tövsiyə etdiklərini bildirdi. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən icra sənədinə əsasən ona ödənilməli olan pulun yalnız az məbləğdə hissəsi göndərilmişdir. Bundan əlavə qeyd edir ki, ona ödənilmiş pul məbləğləri dövlət büdcəsindən ödənilməli olduğu halda başqa şəxsə məxsus kartdan göndərilmişdir. Göstərilənlərə əsasən o, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə borclu orqanın nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi tərəfindən verilən Tələbkar əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 112 saylı əmrinin ləğv edilməsi, Tələbkar Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbindən iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbindən 100 manat məbləğində dövlət rüsumuna görə pulun dövlət büdcəsinin nəfinə tutulması qət edilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş, əsas kimi icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğu və bunun Tələbkar şöbəyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi ilə təsdiq edildiyi göstərilmişdir. İcra sənədinin işə bərpa olunmasına dair hissəsi icra olunmuş, yəni Tələbkar işə bərpa olunmuşdur, lakin məcburi iş buraxma müddəti üçün əmək haqqı tam şəkildə ödənilməmişdir. Həmçinin tələbkara əmək haqqının bir hissəsi ödənilmiş, digər hissəsi isə ödənilməmişdir. İşi icra edən mühasib icra sənədini tam icra edəcəyinə vəd verdiyinə görə tələbkar icra məmuruna icra sənədinin tam icra olunması barədə ərizə vermiş, lakin mühasib onu aldadaraq icra sənədini tam icra etməmişdir. Bundan başqa tələbkara ödənilmiş əmək haqqı mühasibin öz adından tələbkara göndərilmiş və göndərilən puldan da 90 manat komisyon haqq tutulmuşdur. Buradan belə başa düşmək olur ki, mühasib tələbkara ödəniləcək məbləği əvvəl özü nağdlaşdırmış və sonra tələbkara digər kartın hesabından onun kartının hesabına göndərmişdir. Belə ki, tələbkarın kartına pul göndərən adam Sevinc Ağadadaşova olmuşdur, halbuki əmək haqqının bu qaydada ödənilməsi qadağandır və əmək haqqı ödəyən təşkilatın hesabından tələbkarın hesabına ödənilməli idi. İcra məmuru qanunsuz olaraq icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğu və bunun Tələbkar şöbəyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi ilə təsdiq edildiyini əsas gətirərək icra sənədinin icraatına xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)- 1237/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1237/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar