Məhkəmə qərarları › İş №8(012)-324/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-324/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-324/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Borclu iştirakı ilə, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarından tələbkar ləğv prosesində olan Tələbkar ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-530/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, Tələbkar ASC-nin Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 99/0556/NİK saylı kredit müqaviləsinin ləğv edilməsi, Tələbkar ASC ilə Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 99/0556/NİK saylı kredit müqaviləsi üzrə yaranmış 6520,50 manat məbləğində əsas borcu, 3775,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 10295,65 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Borclu tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayev tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə və qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında şikayəti belə əsaslandırdı ki, Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayev tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra sənədinə əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq “icra sənədi üzrə icraata xitam verilməsinə dair” qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən, hesab edirlər ki, Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayev tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. İlk növbədə bildirirlər ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra sənədinə əsasən cəmi 10295,65 manat borcun və ödənilmiş 30,4 manat dövlət rüsumunun Borclu alınaraq LPO Tələbkar ASC-yə ödənilməsi qərara alınmışdır. Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən qeyd olunan icra sənədinin Fərmanın təsiri altına düşdüyünü əsas götürərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra sənədinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərar qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanın 6.1-ci bəndini (Bəndə qeyd olunur ki, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər) rəhbər tutaraq Tələbkar ASC tərəfindən xx.xx.2019-cu il tarixdə Borclu qeydiyyat ünvanına (Abşeron rayonu, Xırdalan şəhəri, X3, H.Z.Tağıyev küçəsi, keçid 1, ev 71) "xxxx" MMC şirkəti vasitəsi ilə restrukturizasiya bağlı qaimə nömrəsi 017179 olan bildiriş məktubu göndərmişdir. Lakin "xxxx" MMC şirkətinin xx.xx.2019-cu il tarixli tərtib etdiyi aktda da göstərilib ki, şirkətin əməkdaşları xx.xx.2019-cu il tarixdə Borclu qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, X3, H.Z. Tağıyev küçəsi, keçid 1, ev 71 ünvanında olmuşlar və Borclu həmin ünvanda yaşamadığı üçün göndərilən məktub Tələbkar ASCyə geri qaytarılmışdır. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanın 6.2-ci bəndində qeyd olunur ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər və Fərmanın bu bəndinə əsasən Borclu barəsində çıxarılan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra işi restrukturizasiya olunduqdan sonra Tələbkar ASC tərəfindən verilən ərizə əsasında bu icra işi Maraqlı şəxs tərəfindən xitam verilə bilərdilər. Lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra işi restrukturizasiya olunmadığı üçün Tələbkar ASC tərəfindən Maraqlı şəxsnə qeyd olunan icra sənədinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddəsinə əsasən “icra sənədi üzrə icraata xitam verilməsi” barədə heç bir ərizə verilməmişdir. Bu halda Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra işi üzrə Borclu barəsində məcburi icra tədbirləri davam etdirməli idi. Belə ki, icra sənədinin mahiyyətindən göründüyü kimi məhkəmə qərarına əsasən sənədinin icrası üsulu və qaydası aydın şəkildə müəyyən edilmişdir. Həmçinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində göstərilir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Lakin xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd olunub ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Göstərilən maddənin tələbindən göründüyü kimi icra məmuru sözügedən qərarı qəbul edən zaman icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına riayət etməmişdir. Qeyd edir ki, “İcra haqqında” AR Qanununun 20.2-ci maddəsində qeyd olunub ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Lakin Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayev tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixdə “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarın surəti icra sənədinin icra vəziyyəti ilə bağlı tərəflərindən xx.xx.2024-cü il tarixli, **********184 saylı və xx.xx.2024-cü il tarixli, **********841 saylı Maraqlı şəxsnə göndərilmiş sorğulara cavab olaraq Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə LPO Tələbkar ASC-yə daxil olmuş xx.xx.2024-cü il tarixli, 17/75-599/2024-K saylı cavab məktubundan məlumat əldə olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı qətnamə üzrə 9245,65 manat və ödənilmiş 30,4 manat dövlət rüsumu borc öhdəliyi bugünədək icrasız olaraq qalmış, dövlətin adından çıxarılan məhkəmə qərarı Borclu tərəfindən bu günədək qərəzli şəkildə icra edilməmişdir. Nəticədə məhkəmə qərarı əhəmiyyətsiz olmuş və məcburi qüvvəyə malik olan məhkəmə qərarı, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməlidir. Odur ki, o, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında Tələbkar ASC-dən kredit aldığı zaman həmin bankda işlədiyini, vaxtilə borca görə banka pul ödədiyini, daha sonra bank tərəfindən işdən azad edildiyini, hazırda heç bir yerdə işləmədiyini, gözdən əlil olduğunu, borc məbləğini hissə-hissə olmaqla ödəmək istədiyini bildirdi və şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Maraqlı şəxs “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarından tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-530/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, Tələbkar ASC-nin Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 99/0556/NİK saylı kredit müqaviləsinin ləğv edilməsi, Tələbkar ASC ilə Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 99/0556/NİK saylı kredit müqaviləsi üzrə yaranmış 6520,50 manat məbləğində əsas borcu, 3775,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 10295,65 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Borclu tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs icra məmuru Fəqan Murtuzayev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən qeyd olunan icra sənədinin Fərmanın təsiri altına düşdüyünü əsas götürərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra sənədinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərar qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanın 6.1-ci bəndini (Bəndə qeyd olunur ki, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər) rəhbər tutaraq Tələbkar ASC tərəfindən xx.xx.2019-cu il tarixdə Borclu qeydiyyat ünvanına (Abşeron rayonu, Xırdalan şəhəri, X3, H.Z.Tağıyev küçəsi, keçid 1, ev 71) "xxxx" MMC şirkəti vasitəsi ilə restrukturizasiya bağlı qaimə nömrəsi 017179 olan bildiriş məktubu göndərmişdir. Lakin "xxxx" MMC şirkətinin xx.xx.2019-cu il tarixli tərtib etdiyi aktda da göstərilib ki, şirkətin əməkdaşları xx.xx.2019-cu il tarixdə Borclu qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, X3, H.Z. Tağıyev küçəsi, keçid 1, ev 71 ünvanında olmuşlar və Borclu həmin ünvanda yaşamadığı üçün göndərilən məktub Tələbkar ASC-yə geri qaytarılmışdır. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanın 6.2-ci bəndində qeyd olunur ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər və Fərmanın bu bəndinə əsasən Borclu barəsində çıxarılan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra işi restrukturizasiya olunduqdan sonra Tələbkar ASC tərəfindən verilən ərizə əsasında bu icra işi Maraqlı şəxs tərəfindən xitam verilə bilərdilər. Lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra işi restrukturizasiya olunmadığı üçün Tələbkar ASC tərəfindən Maraqlı şəxsnə qeyd olunan icra sənədinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddəsinə əsasən “icra sənədi üzrə icraata xitam verilməsi” barədə heç bir ərizə verilməmişdir. Bu halda Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-530/2018 saylı icra işi üzrə Borclu barəsində məcburi icra tədbirləri davam etdirməli idi. Lakin icra məmuru qanunsuz olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli müvafiq Fərmanına əsaslanaraq icra sənədinin icraatına xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-530/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)- 530/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar