Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-325/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından tələbkar Rabitəbank ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-846/2010 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, Borclu 1241 manat əsas, 627.20 manat faiz, 2233.80 manat cərimə borcu olmaqla cəmi 4102 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Rabitəbank ASC Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-846/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərar tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, Abşeron rayon Məhkəməsinin 2(012)-846/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Borclu cəmi 4102 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Həmçinin, sözügedən qətnamənin təsviri və nəticə hissəsində yanlışlıqla valyuta 4102 ABŞ dolları göstərilməli olduğu halda, 4102 manat valyutası göstərilmiş və bu barədə qətnaməyə izah verilməsinə dair ərizə ilə müraciət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-846/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda, icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Cavabdeh Borclu xx.xx.2008-ci il tarixli RBSB-2210/İAT saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşməmiş və banka göndərilən Fərmanın təsiri dairəsinə düşmüş kreditlərin siyahısında cavabdehin adı yoxdur. Eyni zamanda, https://pk.cbar.az/az/kompensasiya saytından çıxarış almaq üçün cavabdehin məlumatları daxil edildiyində də, cavabdehin borcunun Fərmanın təsiri dairəsinə düşməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən qətnamə elan edildikdən sonra kredit üzrə ödəniş edilmədiyi, kreditin restrukturizasiya olunması üçün təklif olunan kreditlər siyahısına aid edilmədiyi və kredit üzrə borc qalıq məbləğinin qalması bilindiyi halda icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin edilməsi, Abşeron rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-846/2010 saylı icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə qərardad qəbul olunması məhkəmədən xahiş olunmuşdur. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən tələbkar xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb şikayətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmə işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra sənədi üzrə icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətə əlavə olunmuş sənədləri tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Problemli kreditlərin kompensasiyasına dair https://pk.cbar.az/az/kompensasiya internet saytından çıxarılmış məlumatdan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-846/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclular Borclu və X1 adının siyahıya daxil edilmədiyi müəyyən olunmuşdur. -Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-846/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq Abşeron rayon Məhkəməsinin 2(012)-846/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə xitam verilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.1993-cü il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1010, ünvan 1ası zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-846/2010 saylı qətnaməsinə əsasən, Borclu cəmi 4102 manat borc və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək ünvan üzrə tərəflərə göndərilmişdir. Sözügedən icra sənədi üzrə borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən icra sənədi üzrə icraata xitam verilmişdir Lakin tələbkar tərəfindən borclunun kredit müqaviləsi üzrə banka olan borc məbləği tam ödənilmədiyindən və icraata xitam verilməsinə əsaslar olmadığından, eyni zamanda, sözügedən icra sənədi üzrə borclunun kredit borcunun problemli kreditlərin reskrukturizasiya olunmasına dair siyahıya düşmədiyindən icra sənədi üzrə icra şöbəsinin qərarının ləğv edilərək icra qeydinin icra olunması üçün yenidən icra şöbəsinə qaytarılması məhkəmədən xahiş olunmuşdur. İcra haqqında Qanununun 20-ci maddəsinin tələblərinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata xitam verilməsi əsası kimi borclunun kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsi olmuşdur. Beləliklə də, göstərilənlər əsas qanunvericiliyin tələblərinə uyğun deyildir ki, bununla da, tələbkarın həmin qərardan şikayət vermək hüququ yaranmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmandan görünür ki, Fərmanın 6-cı bəndində nəzərdə tutulmuş göstərişlər imperativ xarakterli olmadan tövsiyyə xarakteri daşıyır. Şikayətə əlavə olunmuş, problemli kreditlərin kompensasiyasına dair https://pk.cbar.az/az/kompensasiya internet saytından çıxarılmış məlumata əsasən, Abşeron rayon Məhkəməsinin 2(012)-846/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə Borclu adı siyahıya daxil edilmədiyi halda, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir ki, bu da tələbkarın maddi mənafeyi ilə ziddiyyət təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Beləliklə də, məhkəmə aktlarının icra edilməsi icra məmurunun vəzifəsi olduğundan, icra sənədi üzrə tələbkarın mənafeyi nəzərə alınmaqla, qeyd olunan icra sənədi ilə bağlı icra məmuru tərəfindən icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-846/2010 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-846/2010 saylı icra vərəqəsi üzrə icraat təzələnsin və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-325/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-325/2022
06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver