Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-325/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Tələbkar və onun nümayəndəsi X2, Maraqlı şəxs Borclu, "xxxx" MMC-nin mütəxəssisi X3 iştirakı ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən verilən rəyin əsassız hesab edilərək yenidən əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə sahəsində ixtisaslaşmış digər qiymətləndirmə şirkətinə sifariş göndərilməsi öhdəliyinin Maraqlı şəxsnə həvalə edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən verilən rəyin əsassız hesab edilərək yenidən əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə sahəsində ixtisaslaşmış digər qiymətləndirmə şirkətinə sifariş göndərilməsi öhdəliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar şikayət ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixə bazar qiymətinin müəyyən edilməsi üçün Maraqlı şəxs tərəfindən "xxxx" MMC-yə sifariş göndərilmişdir. Həmin sifariş əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəy tərtib edilmişdir. Həmin rəydə müəyyən edilmişdir ki, ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin bazar qiyməti 4000 manat qiymətləndirilmişdir. Həmin rəy kifayət qədər əsassız tərtib edilərək faktiki bazar qiymətindən aşağı yazılmışdır. Bildirir ki, həmin ərazidə 1 ar (sot) torpaq sahəsinin orta bazar qiyməti 2000-2500 manat arasında dəyişir. Həmçinin torpaq sahəsinə baxış keçirilərkən Borclu tərəfindən başqa torpaq sahəsi göstərilmişdir. Belə ki, rəyə əlavə edilmiş fotoşəkildən görünür ki, baxış keçirilmiş torpaq sahəsi yaşayış yerindən uzaq əraziyə aid torpaq sahəsidir. Əslində isə ərizəsinə əlavə edilmiş CD-də ona məxsus torpaq sahəsinin faktiki yerləşmə yerini göstərmişdir. Həmin CD-dən məlum olur ki, ona məxsus torpaq sahəsi yaşayış massivinə olduqca yaxındır və ətrafında yaşayış evləri mövcuddur. Ümumi bilinən həqiqətdir ki, torpaq sahəsinin qiymətinə təsir edən faktorlar arasında onun yerləşmə yeri olduqca vacib əhəmiyyət daşıyır. Borclu tərəfindən yaşayış massivindən xeyli uzaq məsafədə olan torpaq sahəsinin onun torpaq sahəsi kimi göstərilməsinin məqsədi ondan ibarətdir ki, ona məxsus torpaq sahəsi olduqca aşağı qiymətə qiymətləndirilsin. Bununla bağlı icra şöbəsinə müraciət etsə də müraciətinə cavab verilmədən ona qarşı süründürməçiliyə yol verilmişdir. Həmçinin bildirir ki, ona məxsus əmlakın bu dərəcədə aşağı qiymətləndirilməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnun da kobud şəkildə pozulmasına səbəb olmuşdur. Onun mülkiyyətində olan torpaq sahəsinin öz bazar qiymətindən olduqca aşağı qiymətləndirilməsi bir növ əmlakın dəyərini azaltmaqla həmin hissədə əmlakından qanunsuz surətdə məhrum olmasına səbəb olmuşdur. Halbuki dövlət mülkiyyət hüququnun konstitusiya səviyyəsində qorunması və hər cür qəsdlərdən mühafizə olunmasının təmin edilməsi üçün hüquqi mexanizmlər müəyyən etmişdir. Bu mexanizmlər içərisində məhkəmə müdafiə hüququ ən yüksək və ali müdafiə vasitələrindən sayılır. Hazırkı iş üzrə də məhkəmə tərəfindən ədalətsiz və qanunsuz, araşdırmadan qərar qəbul edilməsi onun, ailəsinin və onların timsalında hazırki mübahisədən məlumatı olan şəxslərin dövlət hüquqi müdafiə vasitələrinə olan inamının bitməsinə səbəb olacaqdır. Onun məhkəmədən gözləntisi bir vətəndaş kimi onun hüquqlarının bərpa olunmasına və ədalətin bərqərar olmasına şərait yaradılmasıdır. Bu şəraitin yaradılması üçün isə məhkəmənin qərardad qəbul etmək və icraya nəzarət etmək səlahiyyətindən istifadə edərək qanuni və ədalətli şəkildə istifadə etməsi lazımdır. Ona görə də məhkəmədən hazırkı mübahisə ilə bağlı müstəqil və ədalətli qərar qəbul edilməsini xahiş edir. Konstitusiya Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qərarında və digər qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd edir ki, hazırki mübahisə də ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olan icra mərhələsinə aiddir. Onun da vətəndaş kimi ədalətli məhkəmə araşdırması aparılması hüququ vardır və bu hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ümidi odur ki, icra məmurunun və qiymətləndirmə aparan şirkətin ona qarşı qeyri-obyektivliyinin qarşısı alınacaqdır. Qeyd edilənlərə əsasən o, şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi Tələbkar nümayəndəsi X5 Tələbkar ərizəsində və izahatında göstərdiyi xüsusatlarla bağlı eyni məzmunlu izahat verərək bildirdi ki, Tələbkar məxsus torpaq sahəsinin qiymətləndirilməsi üçün Maraqlı şəxs tərəfindən "xxxx" MMC-dən dəvət olunmuş mütəxəssisə tələbkar Borclu tərəfindən yanlışlıqla başqa torpaq sahəsi göstərilə bilər və bu səbəbdən mütəxəssis başqa torpaq sahəsini qiymətləndirə bilər. Qeyd edir ki, onlar ödənilməli olan aliment müqabilində tələbkara Tələbkar xüsusi mülkiyyətində olan torpaq sahəsini təklif edirlər. Odur ki, qeyd edilənlərə əsasən o, sözügedən torpaq sahəsinin satılması üçün onlara vaxt verilməsini xahiş etdi. Maraqlı şəxs Borclu məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası üçün borclu Tələbkar məxsus torpaq sahəsinə qiymət qoyulması məqsədilə dəvət edilmiş mütəxəssis tərəfindən qeyd edilən torpaq sahəsinə baxış keçirilən zaman o, orada olmamış və mütəxəssisə həmin torpaq sahəsini göstərməmişdir. Qeyd edir ki, qiymətləndirilməli olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi onun deyil, mütəxəssisin vəzifəsidir. O, yalnız himayəsində olan övladlarının saxlanması üçün borcludan aliment tələb edir və aliment məbləğinin ödənilməsinin təmin edilməsi məqsədilə borclunun ona məxsus torpaq sahəsini hansı qiymətə satmasının onun üçün əhəmiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin mütəxəssisi X7 izahat verərək, tələbkar Borclu ilə əlaqə saxladığını, tələbkarın ona borclu Tələbkar məxsus torpaq sahəsinin yerini göstərəcəyini bildirdiyini, daha sonra tələbkarın həmin torpaq sahəsinin yerini video zəng vasitəsilə ona göstərdiyini, onun ancaq tələbkarın göstərdiyi ünvanda yerləşən torpaq sahəsini qiymətləndirdiyini, bundan əlavə torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etməsinə baxmayaraq sözügedən orqan tərəfindən onun məktubuna cavab verilmədiyini, həmçinin borclu Tələbkar ona aliment borcunu ödəyə bilməsi üçün torpaq sahəsinə olduğundan yüksək qiymət qoymasını söylədiyini bildirdi və qeyd edilənlərə əsasən Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin 1/2 hissəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə paylı mülkiyyət hüququ üzrə Tələbkar adına, digər 1/2 hissəsi isə Borclu adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Borclu Tələbkar qarşı «uşaqların atanın yanında qalması və aliment» tələbinə dair ilkin iddiası, Tələbkar Borclu qarşı «uşaqların ananın yanında qalması və aliment» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə ilkin iddia qismən təmin edilmiş, 18 aprel 2008-ci il təvəllüdlü X8 və 11 iyun 2009-cu il təvəllüdlü X4 ataları Borclu yanında qalmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq 18 aprel 2008-ci il təvəllüdlü X8 və 11 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin Tələbkar tutularaq Borclu ödənilməsi, alimentin dərhal icraya yönəldilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 18 iyun 2016-cı il təvəllüdlü X1 atası Borclu alınaraq anası Tələbkar verilməsi və anasının himayəsində saxlanılması, 18 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi, alimentin tutulmasının əvvəlinin 18 iyun 2016-cı il təvəllüdlü X1 anası Tələbkar himayəsinə faktiki verildiyi tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Maraqlı şəxs icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilmiş, borclu Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş “qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Tələbkar aid olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin 1/2 hissəsinə, yəni 0,04 ha qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssisin dəvət edilməsi və əmlaka baxış keçirilməsinin təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən Tələbkar məxsus əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirilmə işi həyata keçirilmiş, aparılmış hesablamalara və təhlillərə əsasən Tələbkar məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixinə olan bazar dəyərinin 4000 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 375/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən verilən rəy əsassız hesab edilərək əmlakın yenidən qiymətləndirilməsi üçün qiymətləndirmə sahəsində ixtisaslaşmış digər qiymətləndirmə şirkətinə sifariş göndərilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Borclu Tələbkar qarşı «uşaqların atanın yanında qalması və aliment» tələbinə dair ilkin iddiası, Tələbkar Borclu qarşı «uşaqların ananın yanında qalması və aliment» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə ilkin iddia qismən təmin edilmiş, 18 aprel 2008-ci il təvəllüdlü X8 və 11 iyun 2009-cu il təvəllüdlü X4 ataları Borclu yanında qalmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq 18 aprel 2008-ci il təvəllüdlü X8 və 11 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin Tələbkar tutularaq Borclu ödənilməsi, alimentin dərhal icraya yönəldilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 18 iyun 2016-cı il təvəllüdlü X1 atası Borclu alınaraq anası Tələbkar verilməsi və anasının himayəsində saxlanılması, 18 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi, alimentin tutulmasının əvvəlinin 18 iyun 2016-cı il təvəllüdlü X1 anası Tələbkar himayəsinə faktiki verildiyi tarixdən hesablanması qət edilmişdir. Sözügedən icra sənədi Maraqlı şəxs icraatına daxil olmuş və icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və məhkəməyə göndərilmiş, lakin icra sənədi borclu tərəfindən icra edilmədiyindən və nəticədə borclunun xeyli miqdarda aliment borcu yarandığından borclu Tələbkar barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmış, icra məmuru məhkəməyə təqdimat verərək, borclu Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından göründüyü kimi Maraqlı şəxs icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilmiş, borclu Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin icraat zamanı torpaq sahəsinin 1/2 hissəsinin borclu Tələbkar, digər 1/2 hissəsinin isə Borclu məxsus olduğu müəyyən edilmiş, iş materiallarında olan Maraqlı şəxs icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş “qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Tələbkar aid olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin 1/2 hissəsinə, yəni 0,04 ha qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssisin dəvət edilməsi və əmlaka baxış keçirilməsinin təyin edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən Tələbkar məxsus əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirilmə işi həyata keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən Tələbkar məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixinə olan bazar dəyərinin 4000 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin işin faktiki hallarından görünür ki, borclu Tələbkar aid olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin 1/2 hissəsinə, yəni 0,04 ha qiymət qoyulması üçün Maraqlı şəxs tərəfindən "xxxx" MMC-dən dəvət edilmiş qiymətləndirici-mütəxəssis sözügedən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanına müraciət etməli olduğu halda borclunun mülkiyyətində olan torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün tələbkar Borclu ilə əlaqə saxlamış, tələbkar qiymətləndirilməli olan torpaq sahəsinin yerini video zəng vasitəsilə mütəxəssisə göstərmiş, mütəxəssis isə qeyri-dəqiqliyə yol verərək heç bir rəsmi sənədə istinad etmədən, yalnız tələbkarın göstərdiyi torpaq sahəsini qiymətləndirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən verilən rəy əsassız hesab edilərək əmlakın yenidən qiymətləndirilməsi üçün qiymətləndirmə sahəsində ixtisaslaşmış digər qiymətləndirmə şirkətinə sifariş göndərilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-325/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-325/2024
15.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver