Məhkəmə qərarları › İş №8(012)-327/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-327/2024

18.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-327/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarından tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2481/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Borclu iddiaçının xeyrinə əsas məbləğ üzrə 94 manat, faiz borcu məbləği üzrə 2 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə illik 5 faizlə hesablanmış faiz borcu 14 manat, ümumilikdə 110 manat kredit borcu, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 12 manat və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədində qeyd olunan tələbin Borclu tərəfindən tam şəkildə təmin olunması göstərilmişdir. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev həmin qərardan şikayət verərək, Maraqlı şəxs sabiq icra məmuru Mübariz Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə və icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli "icra sənədi üzrə icraata xitam verilməsi barədə" qərarından LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək hesab edir ki, tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarından verilmiş şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin müddəası hazırki şikayət ərizəsinə qanunun analogiyası qaydasında tətbiq olunmalı və tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar