Məhkəmə qərarları › İş №8(012)-328/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-328/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-328/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Abşeron rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərarından tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu 7309,74 manat məbləğində əsas borc, 4133,99 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə borcu, cəmi 11843,73 manat məbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 22,10 manat hissəsinin tutularaq iddiaçı Tələbkar ASC-nin Ləğvedicisi “X1 Company” MMC-yə ödənilməsi, cavabdeh Borclu məxsus “VAZ-212140” minik markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və tələbin həmin əmlakın satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi, Tələbkar ASC-nin Ləğvedicisi “X1 Company” MMC-yə ödənilməli olan borc və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin açıq hərracdan satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Borclu qaytarılması, cavabdeh Borclu məxsus “VAZ-212140” minik markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının saxlancına verilməklə üzərinə həbs qoyulması ilə bağlı çıxarılmış 22 may 2015-ci il tarixli, 2(012)-2911/2015 saylı qərardadın qətnamə icraya yönəldilənədək qüvvədə qalması qət edilmişdir. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev şikayət verərək, Abşeron rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Abşeron rayon İcra şöbəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 şikayəti onunla əsaslandırdı ki, Abşeron rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən xx.xx.2015-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-2911/2015 saylı icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Hesab edirlər ki, Abşeron rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-2911/2015 saylı icra sənədinə əsasən Borclu cəmi 11843,73 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tələbkar LPO Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-2911/2015 saylı icra vərəqəsinə əsasən ödəniş etməmiş və 11843,73 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. Abşeron rayon İcra şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-2911/2015 saylı icra sənədinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə əsasən “icra sənədi üzrə icraata xitam verilməsi”nə dair qərar qəbul etmişdir. Qeyd edir ki, onlar sözügedən icra sənədinin icra vəziyyətini öyrənmək məqsədilə Maraqlı şəxsnə məktub göndərmiş, müraciətə cavab olaraq onlara icra sənədi üzrə icraata xitam verildiyi bildirilmiş, lakin indiyədək icra orqanı tərəfindən icraata xitam verilməsi haqqında qərarın surəti təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkar şirkətin nümayəndəsinin izahatını dinləyib, şikayəti araşdırıb hesab edir ki, Abşeron rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərarından tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu 7309,74 manat məbləğində əsas borc, 4133,99 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə borcu, cəmi 11843,73 manat məbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 22,10 manat hissəsinin tutularaq iddiaçı Tələbkar ASC-nin Ləğvedicisi “X1 Company” MMC-yə ödənilməsi, cavabdeh Borclu məxsus “VAZ-212140” minik markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və tələbin həmin əmlakın satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi, Tələbkar ASC-nin Ləğvedicisi “X1 Company” MMC-yə ödənilməli olan borc və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin açıq hərracdan satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Borclu qaytarılması, cavabdeh Borclu məxsus “VAZ-212140” minik markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının saxlancına verilməklə üzərinə həbs qoyulması ilə bağlı çıxarılmış 22 may 2015-ci il tarixli, 2(012)-2911/2015 saylı qərardadın qətnamə icraya yönəldilənədək qüvvədə qalması qət edilmişdir. Sözügedən icra sənədi xx.xx.2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə daxil olmuş, həmin tarixdə müvafiq qərarla icraata başlanılmış, şikayət ərizəsində Abşeron rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2015-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verildiyi qeyd edilmişdir. Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında Abşeron rayon İcra şöbəsinin Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verilməsi barədə qərarının onlara təqdim olunmadığını bildirsə də iş materiallarında olan Maraqlı şəxs tərəfindən LPO Tələbkar ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 17/75-611/2024-K saylı cavab məktubunun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verilməsi barədə LPO Tələbkar ASC-yə məlumat verilmiş və Abşeron rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı sözügedən cavab məktubuna əlavə edilərək LPO Tələbkar ASCyə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə əsasən tərəflərin icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində müvafiq məhkəməyə şikayət vermə hüququ olmasına baxmayaraq tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş və üzrlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyev şikayət ərizəsində Abşeron rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Abşeron rayon İcra şöbəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etsə də şikayətin başlıq və tələb hissəsində Abşeron rayon İcra şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərarının hansı tarixdə qəbul edildiyini göstərməmiş, həmçinin şikayət ərizəsinin məzmununda Abşeron rayon İcra şöbəsinin sözügedən qərarının xx.xx.2015-ci il tarixdə qəbul edildiyini qeyd etsə də iş materiallarında olan Maraqlı şəxs tərəfindən LPO Tələbkar ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 17/75-611/2024-K saylı cavab məktubunda yanlışlığa yol verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə xx.xx.2015-ci il tarixdə xitam verildiyi bildirilmişdir. Buradan da aydın olur ki, LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyevin şikayət ərizəsində Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verildiyi tarix kimi qeyd etdiyi tarix Maraqlı şəxs tərəfindən LPO Tələbkar ASC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli, 17/75-611/2024-K saylı cavab məktubunda göstərilən tarix ilə üst-üstə düşmür və iş materiallarında Abşeron Rayon Məhkəməsinin 2(012)-2911/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə xx.xx.2015-ci il tarixdə xitam verilməsi faktını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128-130, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Abşeron rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərarından tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elnur Quliyevin verdiyi şikayət geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar