Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-329/2024 17.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-173/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs e-2-2(115)-173/2022 nömrəli icra işi üzrə hərəkətlərinin qanunsuz hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında şikayət ərizəsini onunla əsaslandırdı ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-173/2022-030 saylı kommersiya işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər X10, X5 və X6 qarşı bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0067/DLİZ №-li daxili lizinq müqaviləsinin ləğv edilməsinə, "xxxx" MMC-yə məxsus “HOVO yük” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılmasına, "xxxx" MMC ilə X8, X4 və X6 qarşı bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0067/DLİZ №-li lizinq müqaviləsinə əsasən yaranmış 25576,98 manat əsas borcun, 7843,61 manat mükafat borcun, 111,83 manat gecikdirilmiş cərimənin, cəmi 33532,42 manat borcun və mediasiya sessiyasında iştirak edilməsinə görə 203 manat mediataor xərcinin cavabdehlərdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair iddia ərizəsi təmin olunmuş, bu iş üzrə e-2-2(115)-173/2022-030 say ilə icraata başlanmışdır. Maraqlı şəxsndə həmin iş 61207/2024-27-29 say ilə icraata qəbul edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.1.2-ci maddəsinə uyğun olaraq faktiki yaşadığı yer üzrə təqdim etdiyi arayışa əsasən aidiyyəti üzrə Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs tərəfindən zəruri prosessual hərəkətlər yerinə yetirilərək, ondan izahatlar və borcla bağlı məsələlərin icra edilməsinə dair münasibəti müəyyən edilərək icra üzrə işin icraatı zamanı o, Maraqlı şəxsnə dəvət olunmuş, işin prosessual normalara uyğun icra olunması, tələbin yayınmadan və məhkəmənin yekun aktının hörmətlə icra olunmasına dair onun münasibəti müəyyən edilmişdir. Eyni zamanda o, bütün imkanlarını sərf edərək, borcun zaminlərin əmək haqqından tutulması ilə bağlı icra hərəkətlərinin dayandırılmasını və iş üzrə icraatın məhz onun üzərində saxlanmasını xahiş etsə də icra məmuru tərəfindən onun müraciəti nəzərə alınmamışdır. Beləliklə, onun, zaminlərin üzərindən, borcun onların əmək haqqından tutulması ilə bağlı icra hərəkətlərinin dayandırılması ilə borcu şəxsən ödəmək niyyətində olması barədə ərizəsi qəbul edilmiş, "xxxx" MMC-yə məxsus “HOVO yük” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı barədə xx.xx.2024-cü il tarixli qərarı icra olunması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası DİN DYP-nin Sumqayıt Regional X2 göndərilmişdir. Qeyd edir ki, o, icra orqanının bütün çağırışlarına vaxtında və təxirə salınmadan gəlmiş və icra məmurunun bütün tapşırıqlarını yerinə yetirmişdir. Lakin icra məmuru qüvvədə olan prosessual-hüquq normalarına və icra işi üzrə icraatın prinsiplərinə uyğun olaraq işin müsbət axarının saxlanması, eləcə də icranın təmin edilməsi əvəzinə tərəflərin hüquq və mənafelərinə zidd şəkildə icranın yerinə yetiriləcəyi imkanların saxlanması şəraitinin aradan qaldırılmasına yönələn hərəkətlər etmişdir. Bildirir ki, o, icra sənədi üzrə ödənilməli olan sözügedən borc məbləğinin zaminlərdən deyil, ancaq ondan tutulmasını istəyir və bununla bağlı müvafiq icra orqanına ərizə ilə müraciət etməsinə baxmayaraq onun xahişi nəzərə alınmamış, qeyd edilən borc məbləği hələ də zaminlərdən tutulur. Qeyd olunanlara əsasən o, icra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılmasını və şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-173/2022-030 saylı Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022-012 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər X10, X5 və X6 qarşı bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0067/DLİZ №-li daxili lizinq müqaviləsinin ləğv edilməsinə, "xxxx" MMC-yə məxsus “HOVO yük” markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılmasına, "xxxx" MMC ilə X8, X4 və X6 qarşı bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0067/DLİZ №-li lizinq müqaviləsinə əsasən yaranmış 25576,98 manat əsas borcun, 7843,61 manat mükafat borcun, 111,83 manat gecikdirilmiş cərimənin, cəmi 33532,42 manat borcun və mediasiya sessiyasında iştirak edilməsinə görə 203 manat mediataor xərcinin cavabdehlərdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair iddia ərizəsi təmin olunmuş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə əsasında tərtib edilmiş icra sənədi icra olunması üçün müvafiq icra orqanına göndərilmiş, lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.1.2-ci maddəsinə əsasən ərizəçinin faktiki yaşadığı yeri üzrə təqdim etdiyi arayışa əsasən icra sənədi aidiyyəti üzrə Maraqlı şəxsnə göndərilmiş və Maraqlı şəxsndə həmin icra sənədi 61207/2024-27-29 nömrə ilə icraata qəbul edilmişdir. Lakin hazırda X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs e-2-2(115)- 173/2022 nömrəli icra işi üzrə hərəkətlərinin qanunsuz hesab olunması barədə qərar qəbul edilməsini xahiş etsə də X10 ərizəsində hansı icra məmurunun və icra məmurunun hansı hərəkətlərinin qanunsuz hesab edilməsini istədiyini, göstərməmiş, ərizəsini əsaslandırmamış və ərizənin təmin olunmasına əsas verən sübutları iş materiallarına əlavə etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X1 Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-173/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-173/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-329/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-329/2024
17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver