Məhkəmə qərarları › İş №8(012)-329/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-329/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-329/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Tələbkar X3, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X6 verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X6 verilməsi qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2021-cü il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-cü il tarixli icra vərəqəsinə əsasən Abşeron, Xırdalan, 22-ci məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasına tələbkar X7 izahatında bildirmişdir ki, borclunun icra sənədi üzrə 13000 manat aliment borcu vardır. Yəni borclunun aylıq 150 manat məbləğinə belə gücünün çatmaması inandırıcı deyil. Odur ki, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında və etirazında bildirmişdir ki, o, aybaay alimentləri ödəyir, sadəcə o, bilməmişdir ki, alimentlə bağlı iddia qaldıranda iddia qaldıran gündən aliment ödənilməlidir və yığılmış borc həmin müddətin borclarıdır. O, elə bilmişdir ki, yekun məhkəmə qərarı veriləndən (Apelyasiya və ya Ali Məhkəmədən) sonra aliment ödənilməlidir. Onun aylıq qazancı buna imkan vermir ki, o, borcunu bir dəfəyə ödəsin, o, əsas odur ki alimentləri aybaay ödəyir, nümunəvi şəkildə, baxmayaraq ki, əlində 2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən uşaqlarıyla görüşməlidir, amma görüşdürən yoxdur, görüşməyə imkan vermirlər. Görüşə nəinki şərait yaradılmır hətta maneələr yaradılır və icraçı bugünə kimi heç bir addım atmayıb heç bir tədbir görməyib ki qətnamə icra olunsun ki, o, övladlarını görsün, qarşı tərəfi məsuliyyətə cəlb etməmişdir və hətta xəbərdarlıq etməmişdir. Əksinə hətta icraçı onu təhqir edib və şəxsi işlərinə qarışıb və öz vəzifəsini icra etməyib. Onun 2 qız övladı var, onun himayəsində xəstə anası var. İcraçı ona neçə dəfə 10 günlük həbs verib, halbuki 10 gün ərzində o, pul qazanıb alimenti ödəyə bilərdi və o, 10 gün həbs olunanda büdcəyə də ziyan olur. Belə ki, onun orda yeməyinə dövlətdən pul ayrılır. Sadəcə düşünür ki icazə verilməlidir ki o, normal qaydada işləsin və ödənişləri etsin. O, son neçə ildə alimentlə bağlı qətnamələr qüvvəsini alandan sonra dərhal arasında boşluq olmadan alimentləri ödəmişdir. Xaricə getməyə nə imkanı yoxdur, nə fikri yoxdur, getsə də yalnız övladlarıyla istirahətə gedər əgər imkan edə bilsə, imkan edə bilsəydi elə borcunu ödəyərdi. Keçmiş həyat yoldaşı ona nə övladlarıyla görüşməyə icazə vermir, nə rahat yaşamağa və işləməyə icazə vermir, bilərəkdən onu və anasını təhqir edərək əsəbləşdirməyə çalışır. Düşünür ki, yaxın gələcəkdə o, övladlarıyla xaricə istirahətə və hətta vətəndən istirahətə gedə bilməyəcəkdir. Keçmiş həyat yoldaşı övladlarına psixoloji təsir və təzyiq göstərir və özü də əsəbidir, buda uşaqlarına psixoloji durumuna təsir edir. Hətta o, uşaqları görməklə bağlı məhkəmədə iddia qaldıranda keçmiş həyat yoldaşı uşaqları Qəyyumluq və Himayəçilik orqanına aparmamışdır. Amma düşünür ki, onun ölkədən getməyə məhdudiyyət qoyulmamalıdır, çünki ola bilər ki möcüzə olar hardansa qazancı olar və o, tez bir zamanda ödəyib bitirər və övladıyla xaricə getmək istiyər amma bu məhdudiyyətə görə gedə bilmiyəcəkdir, bu da övladlarının artıq mənəvi zərbə dəymiş psixoloji durumuna daha da pis təsir edə bilər. O, razıdır ki, onun özünə tək halda məhdudiyyət qoyulsun, amma ya anasıyla ya da övladlarıyla xaricə getməyə məhdudiyyət qoyulmasın, çünki həmdə anası xəstədir (astma). Boşanmaq hələ düşmən olmaq demək deyil, iddiaçı onun övladlarının anasıdır, onun namusudur, uşaqlar həmdə onundur və onlar hər ikisi onlara görə məhsuliyyət daşıyırlar. O, övladlarını görmür və bilmir ki ödədiyi alimentlər övladlarına xərclənir ya yox. İcraçının nə marağı var ki, onun xeyrinə olan qətnaməni icra etməyə çalışmır amma qarşı tərəfin xeyrinə olan qətnaməni normadan da tez icra etməyə çalışır və üstəlik telefonda onun qüruruna, şərəfinə toxunacaq sözlər deyir? Odur ki, o, hazırki iş üzrə xx.xx.2025-ci il tarixli təqdimatın tam və ya qismən rədd edilməsini, hazırki işdə Abşeron Rayon İcra Şöbəsinin müraciətinin təmin edilməməsini, övladlarının məhkəmə iclas zalına gəlməsinin təşkil və təmin edilməsini (könüllü məcburi, lazım gəlsə polis vasitəsi ilə, çünki keçmiş arvadım imkan vermiyə bilər), həm övladlarının həm onun həmdə keçmiş həyat yoldaşının psixoloq müayinəsindən keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. (mümkünsə ekspert ya Ədliyyə Nazirliyi yanında Məhkəmə Tibbi Ekspertizasından ya Abşeron RİH Qəyyumluq və Himayəçilik İdarəsindən yada Məhkəmə Tibbi Ekspertiza və X1sun). Odur ki, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X6 verilməsi qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Tələbin könüllü icrası haqqında bildiriş və sms-bildirişlərin surətindən görünür ki, Borclu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində əldə edilmiş portaldan çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar