Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-331/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkarlar Tələbkar2 və Tələbkar1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-2464/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Borclu 8200 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin Tələbkar2 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdeh Borclu 9000 manat maddi ziyan alınaraq iddiaçı Tələbkar1 verilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2464/2021 saylı, xx.xx.2022ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2462/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən xx.xx.1963-cü il təvəllüdlü, Keşişkənd rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2464/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 8200 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti Tələbkar2 xeyrinə tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 9000 manat maddi ziyan alınaraq iddiaçı Tələbkar1 verilməlidir. İcra sənədi ayrı-ayrı tarixlərdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunmamışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Borclu ona 8200 manat məbləğində pul ödəməlidir. Belə ki, Borclu 2020-ci ildə ona qarşı dələduzluq etmiş, guya onun övladını Ədliyyə Nazirliyində işə düzəldəcəyini bildirmiş, o da Borclu müəyyən məbləğdə pul vermişdir. Bununla bağlı cinayət işi açılmış və Borclu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu cəzasını çəkmiş və azadlığa çıxmışdır. Qeyd edir ki, dələduzluq əməlində onun doğma dayısıoğlu da borclu ilə əlbir olmuşdur. Borclu fəaliyyət qabiliyyətsiz olması barədə sənəd təqdim etsə də araşdırma nəticəsində həmin sənədin saxta olduğu müəyyən edilmişdir. Odur ki, qeyd edilənlər əsasında o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin təqdimatının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə Borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarların izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-2464/2021 nömrəli, xx.xx.2022-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1963-cü il təvəllüdlü, Keşişkənd rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2464/2021 nömrəli, xx.xx.2022-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1963-cü il təvəllüdlü, Keşişkənd rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-331/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-331/2025
26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver