Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-332/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 112 saylı fərdi yaşayış evindən Borclu istifadə hüququna xitam verilməsi, Borclu Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 112 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilən Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən Borclu başqa orada yaşayan digər şəxslərin həmin evdən çıxarılması məsələsinə aydınlıq gətirilməklə icra sənədinə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə dair verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı fərdi yaşayış evi üzərində Borclu istifadə hüququna xitam verilməlidir. Rzayev X1 rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Qeyd olunan icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı evdə olan zaman orada Borclu başqa digər şəxslərin olması müəyyən edilmiş, borclu şəxs qeyd olunan evdən çıxarılmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. İş üzrə Tələbkar BOKT ASC xx.xx.2024-cü il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı evdə borcludan başqa yaşayan digər şəxslərin də çıxarılmasının təmin edilməsi üçün qətnaməyə izah verilməsilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edilməsini xahiş etmişdir. Yaranmış fikir ayrılığına aydınlıq gətirilməsi məqsədilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 641/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq ərizə vermiş icra məmuru və icra sənədi üzrə tərəflər məhkəməyə gəlmədiyinə görə məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda, qətnamənin izah olunmasına yol verilir. Belə ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmışdır. Məhkəmə həmin qətnamədə iddia tələbinə uyğun qətnamə çıxarmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada qətnaməyə izah verilməsi qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(012)- 641/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-332/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-332/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver