Məhkəmə qərarları › İş №8(012)-335/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-335/2024

16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-335/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu kreditor Tələbkar ASC-nin xeyrinə 5431,02 manat əsas, 1997,51 manat faiz borcu olmaqla, cəmi 7428,53 manat, habelə ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 manat məbləğində pulun tutulması əmr edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrində göstərilən borcun, yəni 7428,53 manat və 20 manat dövlət rüsumunun tam şəkildə yalnız Borclu tutulub-tutulmaması məsələsinə aydınlıq gətirilməklə həmin icra sənədinə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Borclumdan cəmi 7428,53 manat borcun və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə ilkin icraat zamanı icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Abşeron rayon Məhkəməsinin 2(012)- 2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri yenidən icraya yönəlmişdir. Sözügedən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. İcraat zamanı Tələbkar ASC icra sənədi üzrə borcun tam şəkildə bağlanması üçün borclu barəsində tədbirlərin görülməsini xahiş etmişdir. İcra işindən müəyyən olunur ki, Borclu əmək haqqından tutulmalar aparılmaqla cəmi 4935 manat pul vəsaiti tələbkarın hesabına köçürülmüşdür. İmişli Rayon Məhkəməsinin 2(036)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Borclu ilə Tələbkar ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləsi üzrə yaranmış borc öhdəlikləri X1 ilə aralarında 1/2 (ikidə bir) hissə üzrə bölünmüşdür. İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Buna əsas kimi İmişli Rayon Məhkəməsinin 2(036)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin olması və 2(012)-2840/2017 saylı iş üzrə Borclu tərəfindən borcun ödənilməsi göstərilmişdir. Qeyd olunan hallarla bağlı icra sənədinin icrasında çətinliklər yaranmış, yaranmış fikir ayrılığına aydınlıq gətirilməsi məqsədilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri və İmişli Rayon Məhkəməsinin 2(036)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədləri üzrə yaranmış borclarını müvafiq olaraq "xxxx" ASC və Tələbkar ASC-yə ödəyir. Onun himayəsində iki azyaşlı uşaq vardır və aylıq əmək haqqı 600 manat təşkil edir. Keçmiş həyat yoldaşı uşaqların saxlanması üçün ona aliment ödəmir. O, yalnız "xxxx" ASC-yə olan borcunu ödədikdən sonra Tələbkar ASC-yə olan borcunu ödəyə bilər. Qeyd edir ki, gələcəkdə keçmiş həyat yoldaşından borcun yarısının tutulması tələbi ilə bağlı məhkəmədə iddia qaldıracaqdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq ərizə vermiş icra məmuru və icra sənədi üzrə tələbkar təşkilatın nümayəndəsi məhkəməyə gəlmədiklərinə görə məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230.4cü maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib və iş materiallarını tədqiq edib toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda, qətnamənin izah olunmasına yol verilir. Belə ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə əmri aydın, anlaşılan qaydada yazılmışdır. Məhkəmə həmin məhkəmə əmrində tələbə uyğun əmr çıxarmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, məhkəmə əmrində ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından ona izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada məhkəmə əmrinə izah verilməsi məhkəmə əmrinin məzmununun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar