Məhkəmə qərarları › İş №8(012)-337/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-337/2024

16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-337/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-1151/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunun 7E/11294 saylı, xx.xx.2015-ci il tarixli icra qeydinə əsasən Borclu Xaliq oğlundan cəmi 3010 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi təklif edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-1151/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qərardadına əsasən Abşeron rayon İcra Şöbəsinin böyük icra məmuru X2 təqdimatı qismən təmin edilmiş, Borclu adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********05 reyestr nömrə ilə qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,15 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərinin xüsusi notariusunun 7E/11294 saylı, xx.xx.2015-ci il tarixli icra qeydinə əsasən Borclu Xaliq oğlundan 3010 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət olunmuşdur. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-1151/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,15 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi tələbkarın ərizəsinə əsasən xx.xx.2017-ci il tarixində “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar nümayəndəsi X1 tərəfindən Abşeron Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Borclu tərəfindən borcun 1300 manat məbləğində hissəsi ödənildiyindən Tələbkar borcluya məxsus əmlakı qəbul etməkdən imtina etdiyini bildirmiş, həmin əmlakla bağlı hərracın keçirilməməsini və Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunun 7E/11294 saylı, xx.xx.2015-ci il tarixli icra qeydinin sözügedən notariat orqanına geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, iş üzrə Tələbkar etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2017-ci il tarixdə Abşeron rayon icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etdiyindən, Sumqayıt şəhərinin Xüsusi Notariusunun xx.xx.2015-ci il tarixli icra qeydinin icra edildiyi üçün Sumqayıt şəhərinin Xüsusi Notariusuna qaytarılması qərara alınmışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-1151/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar