Məhkəmə qərarları › İş №8(012)-338/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-338/2024

16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-338/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-663/2018 saylı, 04 iyun 2018-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-50/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2006-ci il tarixdə anadan olmuş X1 xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-663/2018 saylı, 04 iyun 2018-ci il tarixli qərardadına əsasən Abşeron rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatı qismən təmin edilmiş, Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-50/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2006-ci il tarixdə anadan olmuş X1 xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-663/2018 saylı, 04 iyun 2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi tələbkarın ərizəsinə əsasən xx.xx.2023-cü il tarixində “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, tələbkar ilə razılığa gəlmişdir. Bu səbəbdən ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsini və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar tərəfindən Abşeron Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Borclu ilə razılığa gəldiyini və aliment tələb etmədiyini və Abşeron rayon Məhkəməsinin 2(012)-50/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından görünür ki, iş üzrə Tələbkar xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etdiyindən, Abşeron rayon Məhkəməsinin 2(012)-50/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi icra edildiyi üçün Abşeron rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi tələbkarın ərizəsi əsasında məhkəməyə geri qaytarıdığından Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-663/2018 saylı, 04 iyun 2018-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar