Məhkəmə qərarları › İş №8(012)-339/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-339/2024

16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-339/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1366/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Borclu maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pul alınaraq Tələbkar verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1182/2023 nömrəli qətnaməsinin Borclu 5000 manat mənəvi zərərin alınaraq Tələbkar verilməsi hissəsində dəyişdirilməsi, Borclu mənəvi zərərin əvəzi kimi 10000 manat alınaraq Tələbkar verilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus «VAZ 21214 minik» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1366/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Borclu maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pul alınaraq Tələbkar verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1182/2023 nömrəli qətnaməsinin Borclu 5000 manat mənəvi zərərin alınaraq Tələbkar verilməsi hissəsində dəyişdirilməsi, Borclu mənəvi zərərin əvəzi kimi 10000 manat alınaraq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu məxsus «VAZ 21214 minik» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus «VAZ 21214 minik» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında Borclu tərəfindən ona 20000 manat məbləğində maddi ziyan, 10000 manat məbləğində mənəvi zərər dəydiyini bildirdi və əmlak üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «VAZ 21214 minik» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1366/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu məxsus «VAZ 21214 minik» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və həmin avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin müvəqqəti duracağına yerləşdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı təmin edilsin. Borclu məxsus «VAZ 21214 minik» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və həmin avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin müvəqqəti duracağına yerləşdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar