Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-341/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu məxsus avtomobil üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-1891/2024 saylı 16 may 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq 12 oktyabr 2012-ci il təvəllüdlü X1 və 10 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi və qətnamənin aliment hissəsi dərhal icraya yönəldilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Vaz 21723 minik” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra və probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-1891/2024 saylı 16 may 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq 12 oktyabr 2012-ci il təvəllüdlü X1 və 10 fevral 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi və qətnamənin aliment hissəsi dərhal icraya yönəldilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu məxsus “Vaz 21723 minik” markalı **- FC-*** dövlət qeydiyyat nişanlı avtomobil l aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus “Vaz 21723 minik” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, aliment tam ödənilmir,ona görə də təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu izahatında göstərdi ki, “Vaz 21723 minik” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına etiraz etmir.İmkanı olmadığına görə alimenti tam ödəyə bilmir və hal-hazırda ödəməyə imkanı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu əmlak məlumatlarından çıxarışdan görünür ki, “Vaz 21723 minik” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 1891/2024 saylı 16 may 2024-cü il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu məxsus “Vaz 21723 minik” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və duracağa yerləşdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı təmin edilsin. Borclu məxsus “Vaz 21723 minik” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və duracağa yerləşdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-341/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-341/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver