Məhkəmə qərarları › İş №8(012)-344/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-344/2022

26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-344/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 3685,18 manat borc və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Tələbkar "xxxx" ASC Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından şikayət verərək, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarının ləğv olunması və Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hesab edir ki, qərardad tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X1 cəmi 3685,18 manat borc və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Cavabdeh X2 xx.xx.2014-cü il tarixli YSNPU-0195 saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşməmişdir. Belə ki, "xxxx" ASC-yə göndərilmiş Fərmanın təsir dairəsinə düşmüş kreditlərin siyahısında cavabdehin adı yoxdur, həmçinin https://pk.cbar.az/az/kompensasiya saytından çıxarış almaq üçün cavabdehin məlumatları daxil edi diyində də cavabdehin borcunun Fərmanın təsir dairəsinə düşməsi barədə heç bir məlumatın aşkarlanmadığı da görünür. Qeyd edir ki, cavabdeh tərəfindən qətnamə elan edildikdən sonra kredit üzrə hər hansı bir ödəniş də edilməmişdir. Kreditin restruktruzasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmədiyi və kredit üzrə borc məbləği qaldığının bilindiyi halda icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakım idarə edən şəxsə keçə bilməzsə; 4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 5. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;

6. icra sənədi tam icra olunduqda. Belə ki, yuxarı göstərilənləri və xitam əsaslarının olmadığını nəzərə alaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20.4-cü bəndinə əsasən İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20.5-ci bəndinə əsasən Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarı Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində onlara təqdim olunmuşdur. Qərardad rəsmi qaydada xx.xx.2022ci il tarixdə "Rabitəbank” ASC-yə təqdim olunmuş və odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Qeyd edilənlərə əsasən, tələbkar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 3685,18 manat borc və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Cavabdeh X2 xx.xx.2014-cü il tarixli YSNPU-0195 saylı kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşməmişdir. Belə ki, "xxxx" ASC-yə göndərilmiş Fərmanın təsir dairəsinə düşmüş kreditlərin siyahısında cavabdehin adı yoxdur, həmçinin https://pk.cbar.az/az/kompensasiya saytından çıxarış almaq üçün cavabdehin məlumatları daxil edi diyində də cavabdehin borcunun Fərmanın təsir dairəsinə düşməsi barədə heç bir məlumatın aşkarlanmadığı da görünür. Qeyd edir ki, cavabdeh tərəfindən qətnamə elan edildikdən sonra kredit üzrə hər hansı bir ödəniş də edilməmişdir. Kreditin restruktruzasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmədiyi və kredit üzrə borc məbləği qaldığının bilindiyi halda icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakım idarə edən şəxsə keçə bilməzsə; 4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 5. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;

6. icra sənədi tam icra olunduqda. Belə ki, yuxarı göstərilənləri və xitam əsaslarının olmadığını nəzərə alaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Şikayət təmin edilsin. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-4207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar